Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Ağla " qəzəli

Tərk eyləyib, ey dil, səni yarın gedib, ağla,
Küsdürmüsən, istəkli nigarın gedib, ağla.

Tök didələrindən cigərin qanını sel tək,
Başdan neçə müddətdi xumarın gedib, ağla.

Yoxdur görürəm ayrılığa tabü təvanın,
Yar ilə tamam səbrü qərarın gedib, ağla.

Hicran küləyi eşq çəmənzarını vurdu,
Döy dizlərinə, güllü baharın gedib, ağla

Tək bir telinə dəyməz onun varı cahanın,
Gör bir nə qədər dövlətü varın gedib ağla.

Hicran qəminin karvanı salmış səni əldən,
Biçarə, daha vəsl qətarın gedib, ağla.

Kül başuva, Yasin, nə yaman günlərə qaldın,
Şanın, şərəfin, izzü vüqarın gedib ağla.


Tarix: 27.03.2013 / 20:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 148 Bölmə: Qezeller
loading...