Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Bizlər"

Heç şəm ilə ram olmaz, pərvanələriz bizlər,
Zəncirə baş endirməz, divanələriz bizlər.

Dünya ilə surətdə var ülfətimiz, əmma
Mə’nidə bu aləmdən biganələriz bizlər.

Seylabi-həvadisdən neylər bizə gərdun kim,
Tufani-kəşakəşdən viranələriz bizlər.

Hərgiz səsimiz çıxmaz, heç kim dilimiz bilməz,
Hərçənd ki, dillərdə əfsanələriz bizlər.

Yox taqətimiz, əmma fariğ degilik, Qövsi,
Ol mah büti-Çindir, bütxanələriz bizlər.


Tarix: 31.03.2013 / 17:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 117 Bölmə: Qezeller
loading...