"Belə qəmli-qəmli baxma"
						Baharım dönər xəzanə,belə qəmli-qəmli baxma,
 Ürəyim gələr fəqanə, belə qəmli-qəmli baxma.
 Nə qədər ki,sağdı canım,bu cəhanda aşiyanın,
 Bax ümid ilə cəhanə, belə qəmli-qəmli baxma.
 Hani məndə tabü taqət ki çəkim bu qədri möhnət,
 Məni çəkmə imtəhanə, belə qəmli-qəmli baxma.
 Nə cəfadı dözmək olmur,nə cəzadı çəkmək olmur,
 Ki canım gələr cəzanə, belə qəmli-qəmli baxma.
 Eyləyib qəmin əsiri gülüm Əşrəfi-fəqiri,
 Belə qoyma yanə-yanə, belə qəmli-qəmli baxma.
Tarix: 31.03.2013 / 17:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 168 Bölmə: Qezeller
loading...