"Məndən sənə bir məsləhət ey gənc"
						Məndən sənə bir məsləhət ey gənc,
 Elm öyrənib ol əhli-süxənsənc. 
 Al elmini Qurani-Kərimdən, 
 Uyma nə ki,öyrətdisə əfrənc. 
 Tərk et o, işi dinə xilafdır, 
 Hər an sənə çün artıracaq rənc.
 Kəb əldə tutub təxteyi-nərdə 
 Nərrad kimi atma şeşü pənc. 
 Bir şah ikən axırda olar mat, 
 Hər kim əgər oynar isə şətrənc. 
 Ondansa gedib kəsbi-kəmal et,
 Bifaidədir adəti-iyrənc.
 Yaz elm ilə hər şeri Qəvimi,
 Çün elmdir aləmdə nihan gənc.
Tarix: 31.03.2013 / 17:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 79 Bölmə: Qezeller
loading...