"Mənə ol dilbəri-ahunigəh müddətdi ram olmaz"
Mənə ol dilbəri-ahunigəh müddətdi ram olmaz,
Nə bir vəsli mənə məqdur,nə də ömrüm təmam olmaz.
Könül,ol dilbəri-xudkamdən keç kamə yetməkdən,
Neçün,nakamlıqdan yaxşı hec aləmdə kam olmaz.
Həbibim,Kəbeyi-kuyində sərgərdan olan aşiq
Dolanıb başına,qurbanın olsa,biməqam olmaz.
Könül,olsa müyəssər vəsli-dilbər,nəqdi-candan keç
Ki,bazari-məhəbbətdə bu sevdalər müdam olmaz.
Həram olmuş əgər qan tökmək,ey məh,leyk üşşaqın,
Gözün qurbanı,tök qanın,həlalındır,həram olmaz.
Ola hər mülki-dil kim,ləşkəri-qəmzən güzərgahı,
Düşər rövnəqdən,əsla onda qanunü nizam olmaz.
Verib cananə can,Qafil,gəl indi sən də bir ad et
Ki,əhli-eşq namindən səva aləmdə nam olmaz.
Tarix: 30.03.2013 / 15:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 83 Bölmə: Qezeller
loading...