" Qədrin bil " qəzəli
Vətəni sev başın üstündə damın qədrin bil,
Damın altındakı hər bir adamın qədrin bil.
Uşağa, qadına, ağsaqqala hörmət göstər,
Kəsdiyin duz-çörəyin, düz kəlamın qədrin bil.
Gördüyün hər nəfər insanla salamlaş bir-bir,
Verginən borcunu haqqın, salamın qədrin bil.
Hər şey aləmdə bir ustadın əlindən çıxdı,
Belə qüdrətlə qurulmuş nizamın qədrin bil.
Şaha hörmət eləməklə daha iş qurtarmır,
Təri üstündə ver haqqın qulamın qədrin bil.
Bir də, Yasin, çalış israfçılığa yol vermə,
Hər çöpün, hər dənənin, hər qramın qədrin bil.
Tarix: 26.03.2013 / 19:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 140 Bölmə: Qezeller
loading...