"Gətirib naleyi-zarım özümü zarə təbib"
Gətirib naleyi-zarım özümü zarə təbib
Rəhm elə dərdlilərin dərdinə qıl çarə təbib
Canda dərdin kök atıb, şaxələnib, bar verdi
Yoxdu bir kimsə çıxarsun onu bazarə təbib
Məni heç kimsə eşitmək belə fikrində deyil
Düşmüşəm bax bu səbəbdən yaman azarə təbib
Sən sağaldan yaralardan deyil əsla iş tap
Özünü yorma sağalmaz daha bu yarə təbib
Oturub yalvarıram ki mənə qoy rəhm eləsin
Allahım rəhm eləyər mən kimi dindarə təbib
Eldə bir zərbi-məsəl var bunu hər kəs eşidib
Günümüz qarə olubdur tikəmiz parə təbib
Bəsdi Salman təbibin imkanı olsaydı əyər
Özünə çarə edərdi demə biçarə təbib.
Tarix: 31.03.2013 / 17:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 124 Bölmə: Qezeller
loading...