Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Istəmir"

Dərd əhli söyləmiş daha cananı istəmir,
Cananı istəmirsə, demək canı istəmir.

Sən söylədin ki, guya səni istəyir hamı,
Tək-tək soruşmuşam, dedilər hanı, istəmir.

Könlüm quşu uçardı görüb xəttü xalını,
Artıq küsübdü, ta həmin ünvanı istəmir.

Zənn etməyin verib mənə dövran çox imkanı,
Məcnun da tapdı öncə bu imkanı, istəmir.

Aldanmaz, uymaz ömrü boyu Xalid hər sözə,
Dünya sevir bu gənci o dünyanı istəmir...


Tarix: 31.03.2013 / 17:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 186 Bölmə: Qezeller
loading...