"Etməsin"
Düşsəhər bir müşkülə, səbr eyləsin, ah etməsin,
Öylə şey var ki, rəiyyət etsə də şah etməsin.
Tə`n edir eşq əhlinə hər kim ki. getsin bixəbər,
Eşq zövqündən Xudavənd onu agah etməsin.
…
Çatdı məqsudinə, zülfündə əsir oldu könül,
İstər ol şux nəzər gah eyləsin,gah etməsin.
Yoxdur aləmdə böyük dərd heç bu dərd kimi,
Mərd olar namərdə möhtac, Allah etməsin!
Qasidə çox demişəm, sən də öz dilində yarat,
İstəsən xəlq oxuyub şe`rindən ikrah etməsin
Tarix: 31.03.2013 / 17:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 94 Bölmə: Qezeller
loading...