"Bu cövri-yardən cigəri qan olan könül"
						Bu cövri-yardən cigəri qan olan könül !
 Mətlubə yetməyib belə giryan olan könül !
 Bu qəm günündə bircə mədədkarı olmayan,
 Zərdü zəif, xəstəvü nalan olan könül !
 Mən çox dedim, eşitmədin əsla nəsihətim,
 Ey eşq əlində valehü heyran olan könül !
 Gördün səni nə günlərə saldı bəlayi-eşq,
 Divanəvar gündə hərasan olan könül.
 Müşküldür indi qurtarasan eşqi-yardən,
 Xaki kimi cigərləri büryan olan könül !
Tarix: 30.03.2013 / 15:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 76 Bölmə: Qezeller
loading...