Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"O gün olsun ki, səni məclisi-səhbadə görüm"

O gün olsun ki, səni məclisi-səhbadə görüm,
Gənə dəstində qədəh, meylüvi minadə görüm.

O gün olsun ki, səri-kuyivə, düşsün güzərim,
Özümü izzət ilə cənnəti-məvadə görüm.

Gecə baxmaq nə qədər ayinəyə şum isə də,
Tək üzün ayinəsin zülfi-şəb-asadə görüm.

Bu təmənnadəyəm, ey gül ki, şəhidin mən olum,
Ölərəm qeyrini gər mən bu təmənnadə görüm.

Səndən ötrü nə qəmim, düşsə başım qovğayə,
Təki mən sağ olum, öz başımı qovğadə görüm.

Hər kün əğyarə nəsib oldu cəmalın ey mah,
Olmadı bir gecə kim, mən səni röyadə görüm.

Məqsədim, şəşəəyi-mahi cəmalındı sənin,
Xah məsciddə onu, xah kəlisadə görüm.

İki zülfün arasından görünə mehri-rüxün,
Genə ol əxtəri-rəxşəndəni Cövzadə görüm.

Seyidda, doğranı narinc kimi bu dili-zar,
Əgər ol Yusifi mən bəzmi-Züleyxadə görüm.


Tarix: 30.03.2013 / 14:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 105 Bölmə: Qezeller
loading...