" Bu zülmə razılaşan gördü bir mənəm tələsik " qəzəli
Bu zülmə razılaşan gördü bir mənəm tələsik.
Sitəm verib məni yandırdı bir sənəm tələsik,
Görüncə can qapısın taybatay açıq, yığışıb
Töküldü üstümə dəstəylə dərd-ələm tələsik.
Mən indi indi tuturdum məhəbbətin yolunu,
Özüm də gözləmədən qoydu qəm qədəm tələsik.
Sevincimin başı batsın, kədər gələr-gəlməz,
Yığışdırıb gedib artıq köçün tələm-tələsik.
Bağışla Yasini, ey mərhəmətlim, istəklim,
Nə yazdı bilmədi haqqında küt qələm tələsik.
Tarix: 27.03.2013 / 19:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 92 Bölmə: Qezeller
loading...