Mətbəxdə tullantı deyə atdığımız şeylərin bilmədiyiniz istifadə qaydaları:
Zibil deyə atdığımız bir çox şeyin əslində yeni və faydalı istifadələri var.
Qəhvə
Qəhvə hazırladıqdan sonra qalan hissəsindən bir parçanı həftədə bir saç kreminizə qatsanız saçlarınızın parlaqlığı artar.
Bir kasa içərisində soyuducuya qoysanız pis qoxuları yox edər.
Hind qozu yağı ilə qarışdırıldıqda peeling olaraq istifadə edilə bilər.
Cücərən kartof
Cücərən kartofları yenidən torpağa basdırsanız böyüməyə davam edəcək.
Portağal qabığı
Böcəklərə, ziyanvericilərə qarşı olduqca təsirlidir. Parçalar halında evin ətrafına yerləşdirsəniz böcəklərdən xilas ola bilərsiniz.
Pis qoxuları yox etmək üçün zibil qutunuza açıq halda qoya bilərsiniz.
Sarımsaq qabıqları
Sarımsaq qabığında çox bəsləyici elementlər olur. Süzərək hazırladığınız şorbalarda qabıqlı şəkildə istifadə edə bilərsiniz.
Qarpız qabığı
Qarpız qabığını dəriyə sürdüyünüz zaman sızanaqlara,ləkələrə qarşı olduqca təsirlidir.
Alma qabığı
Qurumuş alma qabıqlarından möhtəşəm bir qış çayı hazırlaya bilərsiniz.
Alüminium qazanlardan ləkələri təmizləmək üçün istifadə edə bilərsiniz.
5-10 dəqiqə üzünüzdə saxlasanız yorğunluğunuzu alar və dərinizi təravətləndirər.
Ananas saplağı
Ananas saplağını saxsıya əktiyinizdə bir az səbirli olsanız bir neçə il ərzində sizə, yeni ananaslar verə bilər.
Meyvə və tərəvəz qalığı
Meyvə və tərəvəz şirəsi çəkdikdən sonra qalıqlarını çörək bişirərkən istifadə edə bilərsiniz.
Kök
Kəsdiyiniz hissələri suda saxlasanız köklərin böyüdüyünü görəcəksiniz.
P.S. Burada sizə qeyd etdiklərim bəzilərinin bilmədiyi məlumatlar idi.
Bu siyahıya çay qalığı, banan, xiyar, pomidor qabığı və s.əlavə etmək olardı.Sadəcə onların faydaları haqqında hamı bilir.
Tarix: 22.11.2014 / 21:32 Müəllif: Aziza Baxılıb: 145 Bölmə: Praktik meslehetler