Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Evin düzgün işıqlandırılması

Evinizdə yandırdığınız işıq ev dekorasiyasına da təsir edir. Evinizi – otağınızı daha gözəl göstərəcək işıqlandırma üsulları hansılardır?

Otağınızı işıqlandırmadan öncə ilk növbədə necə əhval yaratmaq istəyinizə qərar verin və sonra əsas məsələyə keçin. Işıqlandırmada istifadə olunan əşyalar otağın tavanlarının da daha hündür görünməsini təmin edə bilər. Eyni zamanda işıqlandırma ilə otağınızı olduğundan daha geniş və rahat göstərmək öz əlinizdədir.

Işığın rəngiylə əlaqədar olaraq otağınızda isti bir mühit də yaratmaq mümkündür. Unutmayın ki, səhv işıqlandırma ilə də otağı olduğundan da kiçik və darıxdırıcı bir vəziyyətə sala bilərsiniz. Otağın rəngini belə seçdiyiniz işıqla fərqli göstərmək mümkündür.

Əgər tavanların olduğundan yüksək görünməsini istəyirsinizsə, yuxarı istiqamətləndirilən işıqlandırmaları seçim edə bilərsiniz. Otağın daha da aydın görünməsniə nail olmaq üçünsə tavana yaxın işıqlandırmalarda istifadə edin.


Tarix: 28.12.2012 / 14:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 239 Bölmə: Praktik meslehetler
loading...