Artıq mətbəxlərdə bütün avadanlıqlarda ağ rəngli olanlara rast gəlməyəcək. Belə desək, ağ rəngli avadanlıqlar tarixə qovuşmaq üzrədir.
Qarşıdan gələn ildə mətbəxlərdə rəngarəngliyə daha çox yer veriləcək. Bu rənglərin sırasında ağ rəngə də rast gəlinəcək.
Təbii ki, əvvəlki qədər yox. Tünd qırmızı və açıq qəhvəyi rəngdə olan soyuducular, qaz plitələri, aspiratorlar mətbəxinizin dizaynına fərqlilik gətirəcək. Hətta gündəlik istifadə olunan qablarda da müxtəlif rənglərə yer verilib. Daha çox isə açıq rəngələrin mat rənglərinə üstünlük verilib.
Müasirliklə klassikanın sintezini özündə birləşdirən mətbəxiniz müxtəlif rəngli avadanlıqlarla göz oxşayacaq.
Bu arada mətbəx dizaynının özünəməxsus incəlikləri ylə bağlı məsləhətlərimiz var.
Mətbəxin yeri mümkünsə evin şimal-şərq hissəsində olmalıdır. Əgər ev ikimərtəbəlidərsə, mətbəxin üst qatda olması bişən yeməklərin aşağı otaqlara yayılmasının qarşısını alar.
Mətbəx asan servis etmək üçün yemək yemə otağına və ya qonaq otağına yaxın bir yerdə olmalıdır.
Mətbəxin pəncərələri onun içərisini aydınlatma və havalandırma səbəbindən geniş olarsa daha yaxşı olar.
Mətbəxin döşəməsi mərmər olmalıdır.
Mətbəxdəki dəzgahın divarları kaşı (kafel) olmalıdır.
Mətbəxdə mavi rəngi bol edin,bu rəng milçəkləri qaçırır.
Yaşıl rəng də insanın gözünü rahatlandırır.
Mətbəx orda çalışanın rahat hərəkət edə bilməsi böyüklüyündə olmalıdır.
Mətbəx bacasının yaxşı işləməsi vacibdir.
Qapı və pəncərələrin qarşılıqlı olması mətbəxdəki qoxuların tez çıxmasına kömək edər.
Tarix: 28.12.2012 / 18:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 429 Bölmə: Praktik meslehetler