Sizə ətir istifadəsi üçün bəzi təkliflərimiz olacaq.
Ətiri geyimlərinizi geymədən sıxmağı unutmayın. Bu şəkildə qoxu daha qalıcı olacaq və geyimləriniz ləkələnilməyəcək.
Ətiri nəmli dəriyə sıxmağı sınaqdan keçirin. Bu şəkildə qalıcılığı artacaq.
Ətiri bədəninizə ətir qapağı ilə yaymayın. Qapaqda qalan dəri yağları ətirlə qarışaraq onun pozulmasına səbəb ola bilər. Bəzi istehsalçılar bu səbəblə sprey ətirlər çıxarmağı seçərlər.
Saç darağınızın üzərinə bir az odekolon sıxsanız, saçlarınıza yüngül və xoş bir qoxu qazandırmış olarsınız.
Ətir test edərkən 2-3 dənədən çoxunu sınamayın. Çünki hamısı sizə eyni qoxu kimi gələ bilər.
İsti havalarda yüngül, soyuq havalarda isə sərt qoxuların seçilməsi lazımdır.
Ətirin saça və saç diblərinə tətbiq olunması səhvdir. Saçın və saç diblərinin yağlı mühiti, ətirin quruluşunu dəyişdirə bilər və qoxunu poza bilər. Bundan başqa ətirinizdəki spirt, dərinizin qurumasına səbəb ola bilər.
Başqa birinin üzərində iylədiyiniz ətir sizin üzərinizdə fərqli iy verə bilər. Hər insanın dərisindəki kimyəvilər fərqlidir.
Ətirləri yığmayın. Onların da bir saxlama müddəti var.
Ətir dəriyə 15-20 sm. uzaqlıqdan istifadə edilməlidir. Daha geniş bir sahəyə və homogen dağılım təmin edilməlidir.
Ətir şüşələrini günəşin iti bucaqlarından qorumalısınız. Ən yaxşısı onları pəncərədən uzaqda, sərin bir yerdə saxlayın.
Sonda, bitən ətir şüşələrinizi atmayın. Onları şkafa qoysanız, geyimləriniz gözəl iy verəcək.
Tarix: 28.12.2012 / 17:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 449 Bölmə: Praktik meslehetler