Çox çirklənmiş pəncərə şüşələrini üz qaydada:
1 litr ilıq suda qarışdırılmış 1 xörək qaşığı nişasta,
1 litr suya qarışdırılmış 50 qr xlorlu əhəng, yaxud da,
1 litr isti suya qarışdırılmış 2 xörək qaşığı sirkə ilə asanlıqla silib təmizləmək olur.
Ağ rəngli dəridən olan çantaları, ayaqqabıları və kəmərləri süd ilə qarışdırılmış yumurta ağı vasitəsilə sildikdə onların rəngi dəyişmir, yenə də əvvəlki kimi şux görkəmli olur.
Əgər süfrəyə steorin yaxud parafin (şam) tökülmüşsə bərkiyəndən sonra əvvəlcə onu bıçaqla qaşıyıb qoparın, sonra tərs üzünə suçəkən kağız qoyub isti ütü ilə ütüləyin. Beləliklə ləkə tamamilə təmizlənəcəkdir.
Zökəm (qripə yoluxduğunuz zaman) vaxtı 1 çay qaşığı bal ilə 2,5 çay qaşığı çiy çuğundur şirəsini qarışdırıb (gündə 4 dəfə 5 damcı) burnunuza damızıdırın.
Balqabaq şirəsi ekzema və yanıqları müalicə üçün gözəl vasitədir. Odur ki, yaranı müalicə məqsədilə üstünə balqabaq şirəsində isladılmış tənzif sərmək məsləhət görülür.
Limonu bir neçə ay müddətində təzə saxlamaq istəyirsinizsə balona yaxud bankaya yığıb üstünə soyuq su tökün. Lakin suyu həftədə bir dəfə dəyişməyi unutmayın. Belə etsəniz limon qurumaz, əvvəlki keyfiyyətini itirməz , uzun müddət tamamilə təzə və ətirli olar.
Tarix: 28.12.2012 / 14:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 262 Bölmə: Praktik meslehetler