Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ləkələr Üçün Praktik Məlumatlar

Təzə qoz ləkəsini əldən çıxarmaq üçün, əllər əvvəl bir iki dəqiqə qədər sirkəyə batırılmış bir pambıqla ovulur. Sonra da soyuq suyla ovulur və yuyulur.

Çay və qəhvə ləkələrini karbonatla silərək çıxarda bilərsiniz.

Pivə ləkəsini çıxarmaq üçün sabunlu suya bir az amonyak qarışdırın və ləkələnin üzərinə sürtün.

Zeytunyağı ləkəsini çıxararkən bir az çörək içi diyirlənib ləkənin üzərində gəzdirilməlidir.

Əgər süfrənizə meyvə şirəsi töküldüsə, dərhal duz səpin, ilk yumada çıxacaq.

Yumurta ləkəsini çıxarmaq üçün əvvəl soyuq suda gözlətməli sonra ilıq sabunlu suda yumalısınız.

Masa üzərindəki çuğundur ləkəsini çıxarmaq üçün bir çörək parçasını suyla isladın, düz bir səthə yerləşdirin və örtün, ləkəli hissəsini çörək parçasının üzərinə qoyun və yenə isladılmış bir çörək parçasını üzərinə yerləşdirin. Çörəklər ləkəni aradan qaldıracaq.



Şərab ləkəsini çıxarmaq üçün, oksigenli suya tampon patırın ya da ləkənin üzərini örtəcək şəkildə duz səpin və bir müddət gözləyin, daha sonra yuyun.

Teflon tavanızda yaranan ləkələri təmizləmək üçün bir stəkan suya iki şorba qaşığı karbonat və yarım su stəkanı sirkə qarışdırın. Bunu tavanığın içinə tökün, 10 dəqiqə qaynadın.

Mətbəx əşyalarının üzərindəki etiket izlərini yox etmək üçün, üzərlərinə mebel cilası səpib yumşaq parça ilə silin.

Bəs Siz hansı məsləhətlətinizi bizlə bölüşə bilərsiniz?


Tarix: 28.12.2012 / 18:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 529 Bölmə: Praktik meslehetler
loading...