Kostyumu hər gün adi şotka ilə təmizləyin, həftədə bir dəfə pencəyin yaxalığını əvvəl çiy kartof, sonra yaş əski ilə silin və qurulayın.
Kişi kostyumunda ən çox çirklənən hissə onun yaxası, qollarının ağzı, sinəsi, şalvarın balaqlarıdır. Buna görə pencəyi şotka ilə təmizləyib çırpandan sonra ən çox sürtülən yerləri (parıldayan yerləri) əvvəl təmiz benzinlə, sonra bir hissə naşatır spirti və beş hissə qaynanmış sudan hazırlanmış məhlulla silin. Bundan sonra üstünə quru parça qoyub ütüləyin. Parıltını üç hissə sirkə və bir hissə su məhlulu ilə də aparmaq olar.
Qara kostyumda ütüdən əmələ gəlmiş parıltını çayın dəmi ilə, ya da naşatır spirti ilə aparmaq mümkündür.
Şalvarı çırpandan və balaqlarının çirkini təmizləyəndən sonra onu tərsinə çevirib qatlarına içəri tərəfdən yığılan tozu yaxşıça təmizləmək, pambıq və ya şotkanı naşatır spirti qatılmış suda isladaraq, onunla şalvarın daxili və xarici tikişlərini sürtmək lazımdır.
Şalvarın hər balağını ayrıca – əvvəl bayırdan, sonra iç tərəfdən yaş əski salıb ütüləmək lazımdır. Elə etmək lazımdır ki, qatlar öz yerinə düşsün. Ütülənmiş şalvarı xüsusi paltarasanda yaxşıca qurutduqdan sonra şkafa asın. Pencəyi hərdənbir, şalvarı isə ən azı, ayda iki dəfə təmizləmək lazımdır. Laxlayan düyməni bərkitməyi heç vaxt növbəti dəfəyə saxlamayın. Ona görə ki o, düşüb itə bilər. Onda gərək yenidən bir komplekt düymə alasınız. Çünki çox vaxt təkcə bir oxşar düymə tapıb almaq mümkün olmur. Üst paltarı düymə tikilən yerdən cırılmasın deyə düyməyə paltonun və ya pencəyin iç tərəfindən başqa bir xırda düymə tikmək lazımdır. Əgər həyat yoldaşınızın düyməsi qırılında sizi diqqətsizlikdə günahlandırsalar, «bunu o, özü də tikə bilər» deyə özünüzə haqq qazandıra bilərsiniz. Amma sizin körpənizin düyməsi qırılsa, bu zaman bəhanəniz olmayacaqdır.
Tarix: 28.12.2012 / 18:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 343 Bölmə: Praktik meslehetler