Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şərab necə saxlanılır?

Dekorasiya, müalicə ən əsası isə içki kimi istifadə edilən şərabı uzun müddət saxlamaq istəyirsinizsə ilk növbədə onun üçün doğru yer seçməlisiniz. Ancaq onu uzun müddət saxlamağa qərar vermisinizsə saxlama müddətinə diqqət yetirin.

Şərab üçün doğru mühit yaratmaq üçün ipucları:
Saxlanıldığı yerdə havanın temperaturunun 21 dərəcədən aşağı olması vacibdir.
Hər hansı bir qızdırıcıdan və ya günəş işığından mütləq uzaqda olmalıdır.
Sirkələnən yerdə saxlanılması arzuolunan deyil.

Hətta mebel satılan yerlərdə xüsusi olaraq şərab saxlamaq üçün müasir dillə desək “mini barlar” satılır. Bu “barlar”da 70, 100-ə yaxış şüşə saxlamaq mümkündür.

Bu şkaflarda temperaturu nizamlayıb, şərablarınızı ən uyğun şəkildə illərlə qorumaq olar. Hətta şərab qaldıqda rənglərini belə dəyişir, bu isə çox normaldır.

Qırmızı şərab illər keçdikcə rəngini dəyişərək kərpic rənginə çevrilə bilər. Ağ şərab köhnəldikcə isə rəngi açıq sarıdan bal və ya sarı rənginə dönər.


Tarix: 28.12.2012 / 14:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 247 Bölmə: Praktik meslehetler
loading...