Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pəncərə və qapıların yuyulması

Pəncərələri isti və küləkli havada yumaq məsləhət görülmür – bu halda şüşələr çox tez quruyar və onların üzərində rəngbərəng izlər qalacaq.

Ağacdan olan pəncərə çərçivələri və qapıları ağacdan hazırlanan mebel kimi təmizləyirlər. İsti su, xlortəkribli vasitələr və s. istifadə etmək olmaz. Çox çirklənmiş pəncərə çərçivələri və qapıları sabunlu suda isladılmış əsgi ilə, sonra təmiz nəm əsgi ilə silirlər. Belə qapı və pəncərələri yuyucu toz qatılmış ilıq su ilə yumaq olar.
Pəncərə çərçivələrini əvvəlcə içəri tərəfdən yumaq lazımdır.

Pəncərə şüşələrini yumaq üçün 3 pambıq parça lazım olacaq, çalışın o əsgiləri başqa tələblər üçün istifadə etməyəsiniz. Birinci əsgi ilə şüşələri yuyucu toz qatılmış su ilə yuyun, sonra ikinci təmiz nəm əsgi ilə silin, üçüncü parça ilə şüşələri qurulayın və sonda təmiz kağızla silin.

Başqa bir üsul. Pəncərə şüşələrini tozdan təmizləyib, pəncərə şüşələri üçün nəzərdə tutulmuş xüsusi məhlullardan biri ilə təmiz silin.

Plastik pəncərələrə qulluq
PVX-profildən hazırlanan pəncərələr çox az hava buraxır, ona görə də otaqlarda rütubət olur (xüsusən də mətbəxdə). Bu həm insanlara, həm də pəncərələrə ziyandır. Belə halların olmaması üçün bütün otaqların havasını hər gün 3-4 dəfə 15 dəqiqə olmaqla və hər səhər 20-30 dəqiqə dəyişmək lazımdır (xüsusilə də yataq otağını). Havanı dəyişdirərkən pəncərəni mümkün qədər geniş açmaq lazımdır ki, qısa vaxt müddətində havanı effektiv dəyişmək mümkün olsun.
Belə pəncərələrdə tozu, soyuğu və səsi buraxmayan rezin sıxlaşdırıcıların istismar müddətini uzatmaq üçün onları ildə 1-2 dəfə çirkdən təmizləmək və xüsusi vasitələrlə silmək lazımdır. İstifadə üçün suyu yaxşı hopduran parça götürün. Bundan sonra sizin pəncərənizin sıxlaşdırıcıları elastik və su götürməyən keyfiyyətə malik olacaq.

Hər plastik pəncərənin içərisində yığılan suyu xaricə çıxartmaq üçün su-çəkən kanallar var. Suyu çəkən kanallar pəncərənin aşağı hissəsindədir. Bu kanalların vəziyyətinə nəzarət etmək və onları vaxtaşırı çirkdən təmizləmək lazımdır. Həmçinin ildə 2 dəfədən az olmayaraq pəncərənin bütün hərəkət edən hissələrini tərkibində turşu, yaxud qatran olmayan yağlarla yağlamaq lazımdır.

Pəncərənin çərçivələrini təmizləmək üçün onu sadəcə sabunlu suya batırılmış nəm parça ilə silmək lazımdır.


Tarix: 28.12.2012 / 17:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 447 Bölmə: Praktik meslehetler
loading...