Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ev Əşyalarına Qulluq

Güzgüyə qulluq
Güzgünü nəmişlikdən və günəş şüalarından qorumaq lazımdır. Parlaq günəş şüaları düz güzgünün üzərinə düşməməlidir. Rütubətli otaqda güzgü tez xarab olur.

Güzgünü hər gün yumşaq quru parça ilə, vaxtaşırı isə onlar üçün nəzərdə tutulmuş müasir vasitələrlə silmək olar. Güzgünü göy lilli (sinkalı) su ilə silsəniz parıldayar.



Qab-qacağın təmizlənməsi

Qab-qacağı yuyanda xanımlar, adətən, müasir təmizləyici vasitələrdən istifadə edirlər.

Dərisi çox həssas olan qadınlar qab qacağın yuyulmasında rezin əlcəklərldən istifadə edə bilərlər. Əlcəklər sizin dərinizi qaynar suyun təsirindən qoruyacaq. Qabları yuduq-dan sonra əlcəkləri təmiz-təmiz sabunlu suda yuyun, sonra onları qurulayın və içərisinə bir qədər təbaşir tozu tökün ki, əlcəklərin içi yapışmasın. Sonra əllərinizi sabunla yuyub, hər hansı bir yumşaldıcı kremdən istifadə edə bilərsiniz.

Qabları yuyucu tozlarla yumaq məsləhət görülmür. Çünki yuyucu tozların tərkibindəki sağlamlıq üçün ziyanlı maddələr qablar nə qədər yaxalansa da tam yuyulmur.

Qabları yuyanda ən az çirklənmiş qablardan (stəkanlardan, fincan və nəlbəkilərdən) başlamaq və ən çox çirklənmiş qablarda (tava və qazan) qurtarmaq lazımdır. Qabları yuduqdan sonra qurutmaq üçün xüsusi çərçivələrə yığın. Suyu tamam çəkiləndə şkaflara yerləşdirin. Şüşə qabları və çəngəl-bıcağı isə yuduqdan dərhal sonra təmiz dəsmalla qurulayın ki, ləkə qalmasın.

Məişətdə mikroblar və bakteriyalar daha çox qabları yuyan süngərlərdə və müxtəlif əsgilərdə (masanı, pəncərəni, döşəməni silən) yığılır. Mətbəxdə bir neçə ədəd süngər istifadə olunmalıdır – stəkanlar və fincanlar, boşqablar və qaşıqlar, tavalar və qazanlar üçün. Süngərləri və əsgiləri tez-tez yumaq, daha yaxşısı isə qaynatmaq lazımdır. İki həftədən bir onlar mütləq dəyişilməlidir.



Alüminium əşyaların təmizlənməsi
Alüminium qablardan məişətdə ehtiyatla istifadə etmək lazımdır.
Alüminium üzvi turşular və qələvilər tərəfindən çox asan dağıdılır, bu halda orqanizm üçün faydalı ol-mayan, həll edilməyən kimyəvi birləşmələr əmələ gəlir.
Buna görə də alüminium qabları turş borşların, kisellərin hazırlanması zamanı işlətmək olmaz.
Belə qablarda turş meyvələrdən kompot bişirmək məsləhət deyil.
Çalışın belə qablarda süd məhsullarını uzun müddət saxlamayın.
Alüminium qazanları müasir yuyucu məhlullarla və isti su ilə yumaq lazımdır.



Gümüş əşyaların təmizlənməsi


Gümüş əşyaların rəngi tutqunlaşa bilər. Əgər siz onlara təzə görkəm qaytarmaq istəyirsinizsə, bizim məsləhətlərimizdən istifadə edin.
Gümüş əşyaları ilıq su və yuyucu vasitələrilə yuyur, sonra quru yun əsgi ilə parıldayana kimi silirlər.
Gümüş qaşıqları istifadə edəndən dərhal sonra qablar üçün yuyucu vasitə qatılmış qaynar suya saldıqda parıldayır.






Emallı qabların təmizlənməsi
Emallı qabı çatlamaqdan qorumaq üçün isti qazana soyuq su və soyuq qazana isti su tökməyin, boş emallı qazanı isti qaz pilətənin üstünə qoymayın.
Emallı qazanın dibi yanmışsa qazana isti su və qablar üçün yuyucu vasitə töküb səhərə qədər saxlayır, ertəsi gün həmin məhlulu qaynadıb qazanı təmizləyirlər. Dəmir şotkadan istifadə etmək olmaz.



Çuqun tavalar

Təzə çuqun tava aldıqda odun üstünə qoyun, içinə duz tökün, bərk qızdırın, soyuduqdan sonra həmin duz ilə möhkəm sürtün, duzu boşaldıb ta-vanı quru salfetlə silin, piy çəkib yenə dağ edin. Belə işlənmiş tavada bişirilən xörək yapışmaz.



Teflon örtüsü olan qablar
Teflon örtüsü olan qablar həqiqətən də yanmır. Belə örtünün yeganə nöqsanı – onun yumşaqlığıdır.
Teflon örtüsünü zədələməmək üçün bıçaqdan, çəngəldən və başqa metal əşyalardan istifadə etmək olmaz. Belə qabda qida hazırlamaq üçün yalnız taxta, yaxud plastik ləvazimatdan istifadə edirlər. Belə qabların örtüsü bir balaca zədələndikdə (silinmə, cızma, rəngin dəyişməsi) qidaya zəhərli turşu daxil olur. Ona görə də yaxşı olardı ki, cızılmış qabı o saat atasınız.
Teflon örtülü nazik tava zərbədən, kəskin temperatur dəyişikliyindən öz formasını dəyişə bilər, ona görə isti tavanı soyuq suyun altına qoymaq olmaz.



Paslanmayan poladdan olan qablar
Paslanmayan polad – dəmirin xrom və nikellə qatışığıdır. Bu metallar yüksək istilikkeçirmə xassəsinə malikdir, istilik bərabər bölüşdürülür, yeməklər tez hazırlanır və yanmır. Xromnikel qarışığına (ona həm də “tibbi polad” deyirlər) turşular və qələvilərin təsiri yoxdur, qidanın rənginə və dadına metal təsir etmir və belə qabda istənilən yeməyi hazırlamaq olar. Hazırlanmış xörəyi də elə bu qazanda saxlamaq mümkündür.
Paslanmayan poladdan olan qablar çox asanlıqla müasir yuyucu vasitələri ilə yuyulur. Abraziv pasta və tozlardan istifadə etmək olmaz, çünki onlar parıldayan səthi cıza bilər.
Əgər yemək yanıbsa və qazanın dibində qartmaq əmələ gəlibsə, qazanın dibinə qablar üçün yuyucu vasitə qatılmış isti su tökün və islanmağa qoyun. Prosesi tezləşdirmək üçün qazanı isitmək olar. Sonra qazan asanlıqla yuyulur.



Ən yüksək hərarətə davamlı şüşə qabları
Bu qablar – mətbəxdə ən yeni texnologiyaların inkişafının nəticəsidir. Şüşə qabda yeməyi süfrəyə vermək olar, çünki o, istənilən süfrə düzülüşünə yaraşır.
Şüşə qablarla ehtiyatlı davranmaq lazımdır. Şüşə qabı odun üstünə boş qoymaq olmaz. Qaba isti su düşdükdə isə qab çatlaya bilər. Bu cür qab hər hansı qabdan asan yuyulur. Əgər istiliyə davamlı şüşə qabda yemək yanıbsa, onun üstünə isti, yuyucu maye qatılmış suyu tökmək kifayətdir.



Çini və saxsı qabların təmizlənməsi
Çini qabları istifadə etməzdən qabaq bir neçə saatlığa soyuq suya qoyub sonra isti su ilə yaxalayın. Belə etdikdə çini qablar daha möhkəm olur.
Çox isti suda çini və saxsı qablan yumaq olmaz. İsti sudan qabın şirəsi partlayar.
Gildən düzəldilmiş təzə saxsı qabları istifadə etməzdən əvvəl ağzınadək soyuq su töküb, odun üzərində qaynadın, sonra tədricən soyudun.



Büllur və şüşə qablar
Büllur qabları müasir yuyucu vasitələrlə və ilıq su ilə yuyurlar. Büllur qabları ləyəndə yuyun, ləyənin dibinə əsgi salın. Yuyan-dan sonra büllur qabları kağız salfet ilə silmək lazımdır, çünki dəsmalla siləndə üstündə xovu qalır.
Büllur qablar öz görünüşünü uzun müddət saxlasın deyə onu lilli (sinkalı) suda yuyun, quruladıqdan sonra parıldayana kimi yun əsgi ilə silin.
Şüşə qablar daha möhkəm olsun deyə, istifadə etməzdən əvvəl qaynatmaq lazımdır. Bunun üçün qazanın dibinə yumşaq bir əsgi qoyun, şüşə qabları içinə yığıb soyuq su ilə doldurun və 15 dəqiqə qaynadın.



Bıçaq, çəngəl, qaşıq və ət maşınına qulluq
Bıçaqları çəngəl və qaşıqlardan ayrı saxlamaq lazımdır, çünki bıçaqlar başqa metala dəydikdə kütləşir.
Bıçaq, çəngəl və qaşıqları istifadədən sonra mümkün gədər tez yumaq və dərhal qurulamaq lazımdır ki, qida turşuları onları korlamasın. Bıçaqlar isti suda yuyulduqda kütləşirlər.
Balıqlı çəngəl-bıcaq və qab-qacaqları qablar üçün yuyucu vasitələri ilə əvvəlcə soyuq, sonra da sərin suda yuyun.
Əgər bıçaqdan soğan iyi gəlirsə onu duz ilə yaxşı sürtün və sonra yuyun.
Əgər siz axırda kartof və ya quru çörək çəksəniz, ət maşını daha asanlıqla yuyular. Ət maşınını yuyandan sonra isti yerdə saxlayanda bıçağı kütləşir.



Qabyuyan maşında qabların yuyulması

İndiki dövrdə qabyuyan maşınlar bütün dünyada adət olunmuş bir məişət texnikasına çevriliblər. Təəssüf ki, bizim ölkəmizdə onlar hələ bir o gədər populyar deyillər. Baxmayaraq ki, qabyuyan maşınlar çox rahat və faydalı məişət texnikası növündən biridir. Hesablanıb ki, il ərzində qabların yuyulmasına qadınlar 300 saatdan çox vaxt sərf edirlər. Onu da qeyd edək ki,

hətta ən az qənaətli qabyuyan maşın qab yuyan zaman suyu əllə qab yumadan bir neçə dəfə az sərf edir.

Qabyuyan maşınlar iki variantda istehsal olunur: bağ evləri və kiçik mətbəx üçün yığcam maşınlar və adi standart maşınlar. Qabyuyan maşınlar ölçüsündən asılı olaraq 8-dən 14-ə qədər qab komplekti yuya bilər. Maşın iki his-səyə bölünür – yuxarı hissəsində boşqab, fin-can, stəkan və s., aşağıda isə tavalar və qazanlar yuyulur. Müasir qabyuyan maşınlar hətta ən çirkli qab-ları belə yuyur və bundan əlavə, qabları tam şəkildə qurudur. Və yekun olaraq evdar xanıma qabları qurulamaq üçün vaxtını sərf etməyə ehtiyac qalmır, sadəcə, qabları yerləşdirmək qalır.

Qeyd edək ki, qabyuyan maşın (digər məişət texnikası kimi) ancaq tanınmış dünyəvi kompaniyaların ölkəmizdəki rəsmi nümayəndəliklərindən alın-malıdır.


Tarix: 28.12.2012 / 17:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1055 Bölmə: Praktik meslehetler
loading...