Paltarı yumazdan qabaq ciblərini boşaldın. Sonra paltarın bütün düymələrini açmaq, zamokları, knopka-ları və qarmaqcıqları isə bağlamaq, şnurları düyünləmək lazımdır.
Köynəklərin təmizliyini “ağartmadan” əldə etmək üçün sadə üsuldan istifadə etmək olar – yaxalıqları və qolların manjetlərini düzəldin.
Şalvarı və yubkaları tərs üzünə çevirsək, onlar öz rənglərini daha uzun müddət qoruyub saxlayarlar.
Müasir paltaryuyan tozlar ləkələrin çoxunun öhdəsindən gəlir. Lakin elə ləkələr var ki, paltarı paltaryuyan maşına salmazdan əvvəl xüsusi vasitələrlə – ağardıcılarla və ləkəaparanlarla təmizləmək lazımdır. Hər dəfə qabaqcadan boyalanmanın davamlığını yoxlayın (vasitəni əşyanın hansısa gizli detalında yoxlayaraq).
Ləkələrin “nənənin üsulları” ilə təmizlənməsi haqda “Ləkələrin aparılması” fəslində oxuyun.
Bundan sonra paltarın növlərinə – rənginə, temperatur rejiminə və parça-ların tərkibinə görə ayrılmasına keçmək olar. Ağ paltar həmişə ayrıca yuyulur. Açıq rəngli paltarı birləşdirmək olar, məsələn, çəhrayını, açıq-sarını və mavini. Rəngi gedən paltarlardan başqa, tünd rəngli paltarlar da bir yerdə yuyulur. Yaxşısı budur ki, rəngi gedən parçaları bir tərəfə qoyub, heç nə ilə qarışdırmayın. Həmçinin çox çirkli paltarları da ayırmaq lazımdır.
Düzgün temperaturu və yumanın proqramını necə seçmək olar? Əlbəttə, çoxusu maşından asılıdır, amma ümumi qayda budur: ağ və çox çirkli paltarlar üçün isti su, tünd rəngli və rəngi gedənlər üçün soyuq su, bütün qalanları üçünsə ilıq su.
Maşında yumanın bir vacib prinsipini unutmaq lazım deyil: paltarın sərbəst dövr etməsi üçün paltaryuyan maşını ağzına kimi yükləməyin. Paltarla sıx doldurulmuş maşında paltarlar pis yuyular və çox əzilər.
Hər evdar qadın bilməlidir ki,
Mələfənin çəkisi – 400-500 q
Balışüzünün – 200 q
Məhrabanın – 200 q
Xovlu məhrabanın – 350 q
Süfrənin – 500-600 q
Parçadan olan ədyalın – 1300 q
Kişi alt, yaxud üst köynəyin – 200-300 q
Nəzərə alın ki, paltarları yuma prosesi qurtarandan dərhal sonra yaxşı çırpıb asmaq lazımdır, onda ütüləmə prosesi çox asan olar. Nə ilə yumaq lazımdır?
Evdar qadının da bir neçə növ yuyucu vasitələri olmalıdır: rəngli paltar, ağ paltar, yun parçalar üçün toz və s.
Bir çox müasir tozlara daxil edilən fermentlər, yaxud enzimlər (bioloji katalizatorlar, hansılar ki, yumurta, qan, şərab və s. ləkələrin öhdəsindən yaxşı gəlirlər) 50°C-dən artıq temperatura davam gətirmirlər, odur ki, yataq ağ-larının yuyulmasında və qaynadılmasında fermentli tozlardan istifadə etmək mənasızdır.
Ayrıca diqqəti ağardıcılara yetirmək lazımdır, çünki onlar korlanmış paltarı həm bərpa edə bilər və ya tamamilə təzə əşyanı korlaya da bilər (əgər düzgün istifadə olunmasa). Bütün ağardıcılar maye halında, toz kimi olurlar və tərkibində xlor olanlara və oksigen olanlara bölünürlər. Ağardıcıların əsas məqsədi yerli çirklənmələrə təsir etməkdir. Bura otdan, şirələrdən, qəhvə-dən, çaydan, şərabdan və s. düşən ləkələr daxildir.
Həmçinin bərpaedici ağardıcılar da var ki, daha yumşaq təsir edir və bunun üçün də onlar ipəyin və yunun ağardılması üçün istifadə edilir.
Paltarlara yumşaqlığı və xoş ətri xüsusi kondisionerlər verir, onlar həm də toxuma liflərini köhnəlməyə qoymur, statik cərəyanı götürür və ütüləməni asanlaşdırır. Adətən, onları son yaxalamada əlavə edirlər.
Nə qədər yuyucu toz lazımdır?
Avtomatik paltaryuyan maşınlarda yumaq üçün 1 ölçülü stəkan (250 q) yuyucu toz götürmək lazımdır. Yəni avtomatik paltaryuyan maşının tam bir yüklənməsi üçün yuxarıyacan dolu şüşə stəkan tövsiyə edilir.
Tozun dozası həm də suyun codluğundan, çirklənmənin dərəcəsindən və yumaq üçün paltarın miqdarından asılıdır. Az kirlənmiş paltara 0,5 ölçülü stəkan, çox kirlənmiş paltara 2 stəkan toz lazımdır. Əgər su yumşaqdırsa, on-da 1/3 stəkan toza qənaət etmək, əgər coddursa – əksinə, 1/3 stəkan tozu əlavə etmək lazımdır.
Uşaq paltarının yuyulmasının yazılmamış qanunları
Heç zaman uşaq paltarlarını böyük adamların paltarları ilə bir yerdə yumamaq
Yalnız xüsusi uşaq tozundan, yaxud sabun-dan istifadə etmək
Uşaq nəcisini uşaq sabunu ilə axar su altında dərhal yumaq
Yalnız nəcisli paltarları qaynatmaq lazımdır.
Uşaq paltarlarını bolluca yaxalamaq (4-5 dəfədən az olmayaraq) lazımdır
Tarix: 28.12.2012 / 14:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 830 Bölmə: Praktik meslehetler