Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kiçik mətbəx probleminiz var?

Amma çox mənzillər olur ki, kiçik mətbəxə malik olur. Belə mətbəxdə səliqə və rahatlıq yaratmaq mümkündür.

Mətbəxin divarları açıq rəngli olmalıdır, xüsusən mətbəxin pəncərəsi olmayanda. Kiçik mətbəx üçün böyük olmayan qaz sobası sərfəlidir. Parıltılı səthi olan qaz sobası mətbəxə gözəllik gətirir. Belə cilalanmış səthi olan qaz sobası seçdikdə onun üstünün səthinin sürüşkən olub-olmamasını yoxlamaq gərəkdir. Mətbəx nə qədər işıqlı olarsa, o qədər də havalı olar.

Mətbəx işıqlarını tavada yerləşdirməklə yanaşı yemək stolunun yanında və mebeldə də işıqlar qoymaq lazımdır. Kiçik ölçülü mətbəxə çox mebel yerləşdirdikdə mətbəx dar görünür. Belə halda ən bahalı və təbii ağacdan hazırlanmış mebel öz dəyərini itirir. Kiçik ölçülü mətbəx üçün şüşə, plastik materialdan hazırlanmış açıq rəngli mebeller seçilməlidir.

Şüşə qapılı mətbəx şkafları mətbəxə rəngarənglik verir. Böyük olmayan mətbəxdə mebel və aksesuarları düzgün yerləşdirməklə gözəl görünüş və rahatlıq əldə etmək olar. Mətbəx ləvazimatlarını və kiçik avadanlıqları şkaflarda gizlətmək mümkündür.

Nə qədər çox mətbəx ləvazimatlarını mebeldə yerləşdirmək mümkün olarsa, o qədər ortalıqda boş sahə qalar. Mətbəxdə soyuducu, qaz sobası və qab yuyan arasında məsafə az olmalıdır.


Tarix: 28.12.2012 / 14:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 287 Bölmə: Praktik meslehetler
loading...