Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kətan paltarları necə yumalı?

Ağ kətan parçadan olan əşyalar asan yuyulsun deyə onları qabaqcadan sabunlayıb bir saat müddətində ilıq suda saxlamaq lazımdır.
Sonra suya azca paltaryuyan toz və bir xörək qaşığı sirkə qataraq islatdığınız kətan əşyanı yuyub, soyuq su ilə yaxalayın. Suya çəkdikdən sonra yaxşı olar ki, kətan əşyaları günəşli havada ipə sərib quruluyasınız.

Çox çirklənib rəngi bozarmış paltarları və süfrə-dəsmalı skipidarın köməkliyi ilə ağardıb əvvəlki vəziyyətinə qaytara bilərsiniz. Bunun üçün paltar yuduğunuz ləyənə su töküb paltaryuyan toz və stəkanın üçdə biri qədər skipidar əlavə edərək köpükləndirin.

Sonra bozarmış əşyaları həmin suya içərisində iki saatadək saxlayıb axırda adi qayda ilə yuyaraq suya çəkin. Rəngli kətan parçalardan olan əşyaları duz qatılmış ilıq sabunlu su ilə yuyurlar. Belə paltarları yuduqdan sonra rəngi solub ağarmasın deyə yaxalayarkən suya azca sirkə qatmaq məsləhət görülür.


Tarix: 28.12.2012 / 14:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 185 Bölmə: Praktik meslehetler
loading...