Santexnikanı təmizləyərkən çalışın tək təmizliyə yox, həm də dezinfeksiyaya nail olasınız. Buna görə də çalışın hər bir santexnika növü üçün (unitaz, vanna və s.) onu daha yaxşı təmizləyib dezinfeksiya edən müasir kimyəvi vasitələrdən istifadə edəsiniz.
Əgər evdə körpə uşaqlar varsa, onlar üçün unitaza mağazalarda satılan ayrıca oturacaq bərkidin. Santexnikanı təmizləməkdə istifadə olunan əsgi və şotkaları hər dəfə istifadədən sonra həmən kimyəvi
vasitələrilə yuyun və açıq havada qurudun. Bu şotka və əsgilər tez-tez dəyişilməlidir.
Santexnikaya qulluq edəndə bu və ya digər təmizləyici vasitələrdən istifadə edərkən adi təhlükəsizlik qaydalarına riayət edin: rezin əlcəklər (onları vaxtaşırı dəyişmək lazımdır) və uzun önlük (fartuk) istifadə etsəniz yaxşı olar.
Santexnikanı qorumaq üçün, ona diqqət yetirin ki, santexnikanın hansı növləri üçün konkret təmizləyici vasitə nəzərdə tutulub. Təmizləyici vasitələri qablaşdırmaların üstündə qeyd olunan miqdardan artıq istifadə etməyin.
Mümkün qədər ağları və alt paltarı vannada islatmayın və yumayın. Vannanı ancaq çimməkdən qabaq yox, həm də çiməndən sonra yaxşı yuyun.
Unitaza, vannaya, çanağa (moykaya) vaxtaşırı mağazalarda satılan müasir profilaktik vasitələri tökün ki, borularda çirk yığılmasın. Unitazda parça oturacaqdan istifadə etməyin.
Heç zaman unitaza və ya çanağa qaynar su tökməyin. Müasir plastik borular qaynar suya tab gətirmir və çox asan deformasiya olunur, bu isə suyun sızmasına səbəb olur.
Qab-qacağı heç vaxt yalnız soyuq su ilə yumayın, yoxsa çanağın (moykanın) divarlarında və borularda yağlı qat əmələ gəlir, bu isə özünə müxtəlif çirk hissəciklərini çəkir. Mətbəx moykasında mütləq qoruyucu plastik tor saxlamaq lazımdır ki, sifon tutulmasın.
Santexnikanın uzun müddət qalması üçün mətbəx, hamam və tualet di-varları örtüyünün əhəmiyyəti böyükdür. Kafel özünə çirk hopdurmayan materiallardan biridir, bu isə santexnika elementləri üçün çox vacibdir. Çalışın mətbəxdə divar kağızlarından (hətta yuyulan divar kağızlarından) istifadə etməyəsiniz.
Kafelin və metlağin yuyulması
İndi mağazalarda kafellərin və metlaxların yuyulması üçün çoxlu müasir kimyəvi vasitələr satılır və onların istifadəsi yaxşı nəticə verir. Ancaq belə vasitələri istifadə edəndə, çalışın otağın havasını tez dəyişin ki, onlar sizin səhhətinizə mənfi təsir etməsin.
Tarix: 28.12.2012 / 17:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 453 Bölmə: Praktik meslehetler