Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yataq otağı

Yataq otağı əsasən rahat istirahət, yatmaq üçün nəzərdə tutulmuşdur, bu da mənzildə yataq otağının yerini qabaqcadan müəyyən edir.

Yataq otağını iş kabineti ilə birləşdirmək məsləhət deyil, çünki sakitlik atmosferini yaradan boğuq tonlarda, seyrək işıqda işləmək çətindir. Kabinet üçün ən əlverişlisi neytral rənglər, mebelin aydın konturları və yönəldilmiş işıqdır.

Yataq otağının əsas təyinatı – istirahət və yatmaq yeridir, ona görə də onun əsas atributu çarpayıdır.

Çarpayı mütləq rahat olmalıdır. Döşəyin codluğunu onun üstündə yatan adamın istək və fiziki xüsusiyyətlərinə uyğun tənzimləmək lazımdır.
Məsələn: uşağa və yaşlı adama kifayət qədər möhkəm döşək lazımdır.

Xoşunuza gələn çarpayını almazdan qabaq onu mütləq yoxlamaq – üstündə bir neçə dəqiqə uzanmaq lazımdır. Çarpayı rahat olmalıdır, axı o sizə bir neçə il xidmət edəcək! Döşək seçərkən ortopedik döşəklərə üstünlük verin.

Ensiz yataq otaqlarında çarpayıları otağın eninə qoymaq daha məqsədəuyğundur.

Yataq otağında olan paltar şkafının dərinliyi 60 sm-dən az olmamalıdır.

Yataq otağını tavandan əks etdirilmiş işıqla işıqlandır-maq məsləhətdir. Bunu işıq axınının böyük hissəsi yuxarı yönələn torşer vasitəsilə etmək olar. Həmin istiqamətli divar çıraqlarından, balaca tavan işığından, yaxud yastı plafondan istifadə etmək olar. Geyinmək, yaxud makiyaj etmək yerlərini ayrıca işıqlandırmaq olar.

Yataq otağının rənginin düzgün seçilməsi vacibdir. Müxtəlif tonlar və on-ların uyğunluğu insanın psixikasına və əhvalına eyni dərəcədə təsir etmir.

Qırmızı rəng həyəcanlandırır, həyəcan və aqressiya doğurur. Yataq otağı üçün daha çox onun çalarları – tünd qırmızı, çəhrayı və dolğun moruq rəngi yaraşar. Əgər qırmızı rənglə uşağın yataq otağı bəzədilərsə, o hələ formalaşmamış psixikaya arzuolunmaz təsir göstərə bilər.

Yataq otağında qırmızı və sarı rəngləri birləşdirmək olmaz – onlar bir-birinə uyğunlaşmır. Yaxşısı budur yataq otağında açıq limon və ya şaftalı rəngindən istifadə edəsiniz.

Yaşıl rəng – təzələnmə, sakitlik, harmoniya rəngidir. İnteryerin tərtibatında o, özünün istənilən çalarlarında, açıq-yaşıl rəngdən tünd-bataqlıq rənginə kimi, yataq otağının tərtibatına əla yaraşır.

Yataq otağında həddindən artıq göy rəngin bolluğu soyuqluq hissini yaradır, ona görə onu yumşaq rənglərlə qarışdırmaq, yaxud az dolğun çalarlar seçmək lazımdır.
Məsələn: mavi, hava rəngi.


Tarix: 28.12.2012 / 14:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 601 Bölmə: Praktik meslehetler
loading...