Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xörəyi nədə bişirək?

Qablar və onların yeməyə təsiri.

Emallı qab
Çuqun və dəmirdən hazırlanıb, üzərinə 2-3 lay emal çəkilir. Belə qabda yemək tez yanır və çətin təmizlənir. Bişirməyə başlamazdan əvvəl mütləq bir neçə dəfə soyuq su ilə yaxalanmalıdır. Emalı qopmuş qazanda yemək bişirmək, xüsusən, süd qaynatmaq olduqca təhlükəlidir.

Alüminium qab
Artıq bir çox ölkələrdə bu materialdan olan qablar istifadə olunmur. Qabın tərkibindəki alüminium tədricən yeməyə qarışıb, orqanizmə keçir. Belə qazanın dibinə yemək tez yapışır, təmizlənməsi çətinlik yaradır. Evdar xanımlar qalıqları təmizləmək üçün dəmir sürtgəcdən istifadə edirlər ki, bununla da qazanın dibi cızılır. Cızılmış hissədən alüminium metal tozları asanlıqla yeməyə keçir və insanın bu metalla zəhərlənmə ehtimalını ikiqat artırır. Alüminium qabda borş, süd, kisel bişirmək olmaz. Uşaqlar üçün belə qabda yemək bişirmək qəti qadağandır.

Paslanmayan poladdan qablar
Ən keyfiyyətlisi və təhlükəsizi 18% xrom, 10% polad tərkibli olan qablardır. Turşuya və qələviyyə qarşı davamlıdır. Bu qabda bişirilən yemək öz keyfiyyətini və dadını dəyişmir.

Çuqun qab
İstini yaxşı saxlayır və davamlıdır. Lakin korroziyaya tez uğrayır, çünki metalı yumuşaqdır. Çuqun tavalarda qızartma zamanı tavanın məsamələrinə yağ toplanır. Tavanı yuyanda məsamələr yığılır, içindəki yağ isə qalır. Həmin tavanın içində yenidən yemək hazırlayanda, məsamələr istidən açılır, köhnə yağ və yemək qalığı yenidən yeməyə qarışır.

Teflon (yanmayan)
Çox zərif qabdır. Ehtiyyatlı davranış tələb edir. Yeməyi qarışdırarkən taxta qaşıqdan istifadə olunmalıdır. Qabın sıradan çıxması üçün bir cızıq belə kifayətdir. Yuyanda dəmir sürtgəcdən və yuyucu tozdan istifadə etmək olmaz. Boş qabı odun üzərində çox saxlamayın.

Odadavamlı şüşə və keramikadan qablar
Ən təhlükəsiz və əlverişli qablardır. Yüksək temperaturada daha da möhkəmlənirlər. Mənfi cəhəti odur ki, yağı özünə çox hopdurur. Müasir mətbəxtdə xanımlar üçün belə materialdan həm tava, həm soba üçün qab, həm də qazanlar istehsal olunur.


Tarix: 28.12.2012 / 17:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 500 Bölmə: Praktik meslehetler
loading...