Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ütüləmə

Ütüləməyə hazırlanma
Stol və ya ütü taxtası yaxşı işıqlandırılmalıdır. İşıq soldan, yaxud qabaqdan düşməlidir, ştepsel razetkası isə sağda yerləşməlidir.
Evdə mütləq böyük ütü taxtasından başqa, kiçiyi də olmalıdır. Onlarsız pencək, plaş, plisse yubkalar, qollar, valanlar və bluzkalarda müxtəlif büzmələri yaxşı ütüləmək olmur. Stolun, yaxud ütü taxtasının hündürlüyü elə olmalıdır ki, ütüləyən xanım əyilməsin Düzgün olmayan vəziyyət tez yorulmaya səbəb olur.

Ütüləyəndə əlinizin altında su ilə dolu kasa, nəmləndirmək üçün əsgi, ağ parça, paltarı nəmiəndirmək üçün pulverizator (əgər paltar həddindən artıq quruyubsa), üst paltarın qolunu ütüləmək üçün yastıqcıq olmalıdır.
Hətta ütünüz buxarla işləyirsə, yenə də parçanın üstündən ütüləmək da-ha yaxşıdır. Ütüləməzdən qabaq, paltarları parçanın növündən və rəngindən asılı olaraq ayrı-ayrı qoyun.

Yataq ağlarını, süfrələri, salfetləri və digər pambıq və kətan şeylərini çox qurutmaq olmaz. Onları mütləq nəm vəziyyətdə iplərdən yığırlar və kip yumrulayırlar ki, ütüləmə üçün nəm halda qalsınlar.

Elə olur ki, evdar qadın yuyulmuş paltarın hamısını bir gündə ütüləyə bilmir. Sonra ütüləyəcəyiniz paltarı tam qurumuş yığmalısınız. Bu paltarın ütülənmək vaxtı gələndə isə, onu ilıq su ilə nəmləndirmək (pulverizatordan üstünə su çiləmək) lazımdır. Soyuq sudan istifadə etməyin, çünki çox quru-dulmuş paltar daha çox ilıq suyu canına hopdurur. Nəmləndirilmiş ağları kip bükmək və mələfədə, yaxud xovlu məhrəbada 1,5-2 saat saxlamaq, sonra isə ütüləmək lazımdır.

Çox qurudulmuş ağları ütüləməzdən qabaq nəmləndirmək vacib deyil. Kifayətdir ki, siz ütülənmə döşəyini yaxşıca isladasınız.
Ağları çox qurutmamağa çalışmaq lazımdır. Çünki onları sonra həm ütüləmək çətin olur, həm də paltarların lifləri öz elastikliyini itirir.
İlmələrə xüsusi diqqət yetirmək lazımdır: yumada və ütüləmədə onlar, adətən, öz formasını dəyişir. İlmələrin, xüsusən də üst geyimlərdə, öz görünüşünün və ölçüsünün saxlanması üçün onları ütüləməzdən qabaq böyük tikiş araları ilə tikmək lazımdır, ütüləmədən sonra, sözsüz ki, tikiş aralarını sökülməlidir. İlmələr təzə kimi olacaq.

Yorğan ağlarına, mələfələrə, süfrələrə, yastıq üzlərinə, mətbəx dəsmallarına və bu kimi digər şeylərə ütüləməzdən qabaq düzbucaq forma vermək lazımdır, hansı ki, adətən, yuma və qurutma prosesində itir. Paltarlara öz il-kin formasını vermək üçün onların uclarından dartırlar və düzəldirlər.

Ütüləmənin əsasları
Sağdan sola və paltarın gen hissəsindən dar hissəyə kimi ütüləmək lazımdır. Özünə tərəf istiqamətdə yox, əksinə, paltarın eninə yox, uzununa ütüləyirlər. Xüsusən də çəpinə biçilən paltarlar düzgün ütülənməyəndə öz formasını dəyişir. Bu cür paltarları sapın istiqamətilə ütüləmək lazımdır.

Yavaş hərəkətlərlə, ütünü bərk basaraq ütüləmək lazımdır.
Ən əvvəl xırda detalları – qolları, yaxalıqları, manjetləri, büzmələri, cibləri, naxışlan, krujeva)an ütüləyirlər.
Ütülədiyiniz paltar nə qədər nazik olsa, onun altındakı döşəkcə bir o qədər qalın olmalıdır.

Nəyi və Necə Ütüləyirlər

Yataq ağları və mətbəx dəsmalları
Mələfələri, yorğanağlarını, yastıq üzlərini, eləcə də mətbəx dəsmallarını üzdən ütüləyirlər.
Yorğanağları, mələfələri, süfrələri dördqat bükürlər və hər hissəni ayrıca ütüləyirlər.
Pambıq və kətan ağlarını nəm halda üz tərəfdən çox isti ütü ilə ütüləyirlər. Kifayət qədər isti olmayan ütü ilə ütüləyəndə nəm ağlarda sarı zolaqlar qalır.
Bir halda ki, təbii liflərdən olan paltarları və ağları ütüləyərkən siz çox isti ütüdən istifadə edirsiniz, xüsusilə ona diqqət etmək lazımdır ki, yandırmayasınız.
Əgər pambıq və ya kətan yataq ağlarında, yaxud mətbəx dəsmallarında naxış varsa, onu üz tərəfindən ütüləyəndən sonra, tərs üzündən, naxış hissəsini dartmadan, ütünü qaldırıb endirərək ütüləmək lazımdır. Belə olan halda, naxışın altına qalın qatda yumşaq parça qoymaq lazımdır. Bu üsul naxışı təzələyir, onu daha qabarıq edir.
Pambıq və kətan parçalardakı ütüdən olan yanıq sarı ləkələri boraks məhlulu ilə təmizləmək olar (apteklərdə satılır): 1 stəkan suya 1 çay qaşığı boraks. 15-30 dəqiqədən sonra təmiz su ilə yaxşıca yaxalamaq və quru parça vasitəsilə ütüləmək.
Çit malların ütülənməsinə aid bir neçə məsləhət. Adətən, çiti üz tərəfdən

ütüləyirlər. Bu ona parlaqlıq verir. Əgər siz tutqun ton vermək istəyirsinizsə, onda tərs üzündən ütüləmək lazımdır. Çox qurumuş parçanı, təbii ki, nəmləndirmək lazımdır.
Xovlu xalatları, mələfələri və məhrabaları ütüləmək olmaz. Belə etdikdə onlar öz keyfiyyətini itirir, codlaşır və nəmi canına çəkmir. Əgər bunu bilmirdinizsə, səhvi asan düzəltmək olar: bu şeyləri 15-20 dəqiqəyə ilıq duzlu suya qoy-un, sonra sıxın və qurudun. Quruyandan sonra onlar yumşaq və xovlu olurlar.

Yun paltarlar
Yun paltarları daha çox nəmləndirirlər, bəzilərini isə üstünə yaş əsgi qoyub ütüləyirlər. Düzgün ütülədikdə onlara lazım olan formanı və hətta ölçünü vermək olar. Əgər ütülənmədə paltarlar kifayət qədər qurumursa, onda qalmış nəm onların kiçilməsinə səbəb ola bilər.
Yun asanlıqla girir, ona görə də onu tərs üzündən yalnız yaş əsgilə ütüləyirlər. Əgər üz tərəfdən ütüləmək lazımdırsa, onda parıltının əmələ gəlməməsi üçün nəzarət edirlər ki, parça kifayət qədər yaş, ütü isə isti olsun.
Relyefli qabarıq naxışları üzərində olan paltarları kətan parça vasitəsilə, basmadan ütüləmək lazımdır. Yun trikotajın dartılması üçün onu bir az yaş, az isidilmiş ütü ilə və yaxud nazik yaş əsgini üstünə qoyub ütüləyirlər.
Yun paltarı emal edəndə bir neçə ümumi qaydaları yadda saxlamaq lazımdır. Onları ütüləyəndə parçanın üzərində ütünü sürüşdürmürlər, onu bir yerdən o biri yerə qoyurlar. Bu, paltarın formasını dəyişməyə qoymur.
Ütülənmiş paltarı asılqana asmaq lazımdır və bir neçə saat onu havaya vermək lazımdır. Ütülənmiş yun paltarı dərhal geyməyə tələsməyin – o belə halda çox tez əzilir.
Yun parçadan olan bəzi paltarları ütüləmək vacib deyil. Parçadakı əzikləri və əyrilikləri düzəltmək üçün köhnə yoxlanmış üsul var. Kifayətdir ki, paltarı asılqana asıb isti su olan tasın və ya vannanın üstündən asasınız və bir neçə saat belə vəziyyətdə saxlayasınız. Qatlar, əyriliklər, yaprıxmış xov düzələr və paltar təzə kimi görünər.

Sintetik (süni) parçalar
Sintetik parçalardan tikilən paltarları ümumiyyətlə, ütüləməmək olar, əgər paltar çox əzilibsə, onu yalnız ilıq ütü ilə ütüləmək – termorequlyatoru “ipək” göstəricisinin üstünə qoyurlar.
Sintetik parçaları xüsusən ehtiyatla ütüləmək lazımdır. Parçanı çox nəmləndirmək olmaz. Yaxşısı budur, belə paltarları suda bir az isladılmış əsginin
üzərinə qoyub ütüləyəsiniz. Ütüləyəndə parçada əyriliklərə yol vermək olmaz, çünki sonra onları düzəltmək çətindir, adətən isə düzəltmək qeyri-mümkündür.
Neylondan, kaprondan, perlondan olan alt paltarlarını ütüləmirlər. Yumadan sonra onları sıxmayaraq düzəltmək, qızdırıcı cihazlardan və günəş şüalarından uzaqda qurutmaq lazımdır. Ən yaxşısı odur ki, belə paltarları otaq temperaturunda qurudasınız.
Cersedən olan paltarları yalnız çox lazım olanda, üstünə yaş parça qoyaraq, ilıq ütü ilə ütüləyirlər. Cerse parçası çox uzanır. Ona görə ütünü elə çəkmək lazımdır ki, paltar formasını itirməsin.
Süni ipəkdən tikilən paltarları yumadan sonra ipdən asmayın, quru xovlu məhrabaya bükün. Onları tərs üzündən ilıq ütü ilə ütüləyirlər və ya nəm şotka ilə təmizləyib, paltarasana asaraq, tam qurudurlar.

İpək
İpək paltarları bir qədər nəm ütüləyirlər. Əgər onlar çox quruyublarsa, yarım saata yaş parçaya bükmək lazımdır.
Bəzi evdar qadınlar səhvə yol verib, ütü çəkməzdən əvvəl ipək paltarları nəmləndirmək üçün onlara su çiləyirlər. Bunu etmək olmaz, çünki su damcı-ları ütüləmədən sonra “üzə çıxan” ləkələr qoyur, bir də ki, həddindən artıq nəmləndirmə parçanı cod edir. Ən yaxşısı budur ki, ipəyi tərs üzündən, üstünə nazik parça qoyub ütüləyəsiniz.
Açıq rəngli ipəklər istisnadır, onları üz tərəfdən ütüləmək lazımdır.
Cod ipək parçaları nəm vəziyyətdə tərs üzündən, üstünə parça qoyaraq çox isti ütü ilə ütüləyirlər.

Başqa növ parçalar
Krepləri və qabarıq şəkilli parçaları quru ütüləyirlər və çox isti olmayan ütü ilə. Süni ipəkdən, taftadan tikilən malları tərs üzündən, bir az nəm olaraq, ilıq ütü ilə ütüləyirlər.
Çesuçanın ütülənməsi çox zəhmət tələb edir. Onu yalnız tam quruyandan sonra ütüləmək olar; ona su çiləmək olmaz, çünki su damcıları onun üzərində ləkə qoyur.
Məxmər və velüru asılı vəziyyətdə ütüləmək məsləhətdir. Tərs üzündən su çiləyin və elə tərs üzündən də yüngülcə ütünü çəkin ki, isti buxar əzilmiş nazik tükləri düzəltsin.
Astar parçalar (satin, sarja, ipək) nəm emalı götürmür – onlar öz parıltısını itirir və üzərində su ləkələri əmələ gəlir. Astar parçalarını tərs üzündən ütüləyirlər.

Bluzkaların və kişi köynəklərinin ütülənməsi
Bluzkaları və kişi köynəklərini belə ütüləyirlər: əvvəlcə sağ qolu, sonra yaxalıq, arxanın üst hissəsini və sol qolu, sonra arxanı, yan tikişlərini və nəhayət, qabaq hissəni. Açıq rəngli bluzkaları üz tərəfdən ütüləyirlər, tünd rəngliləri – tərs üzdən.
Şalvarı necə ütüləmək lazımdır?
Şalvarı ütüləməzdən qabaq, su ilə sirkə məhlulunda isladılmış süngərlə parıldayan yerlərə çəkirlər. Əvvəlcə tərs üzündən tikişləri ütüləyirlər, sonra şalvarı çevirib, üstünə nəm parça qoyub ütüləyirlər.
Əgər ütüləyəndə parçanın üstündə parıltılı zolaqlar əmələ gəlibsə, onları tamponla ehmalca sürtərək, su ilə yaşlamaq və parça üzərində ütüləmək olar.
Əgər siz əvvəl zəif sirkə məhlulunda isladılmış əsgi üzərində şalvarı ütüləsəniz, sonra tam quru şalvara yenə də ütü çəkərsinizsə – bu dəfə nəm qalın kağız üzərində – şalvardakı qat (“strelka”) uzun müddət qalacaq.
isti ütüdən qalan sarımtıl ləkələrin aparılması
Əgər ağlar çox isti ütü ilə yandırılıbsa, onları aşağıdakı üsullarla təmizləmək olar.
Mağazalarda satılan ləkələrə qarşı vasitələrdən istifadə etmək olar.
Hidrogen peroksidlə bir neçə damcı naşatır spirtinin qarışığında parçanı isladıb, onu günə qoymaq.
Rəngli parçada sarımtıl ləkələri əvvəlcə əllə sürtmək, su, yaxud zəif boraks məhlulu ilə islatmaq, sonra isə günə qoymaq.

Ütüyə qulluq
Əgər ütü paslanıbsa, pas ləkələrini xırda sumbata kağızı ilə sürtmək, sonra isti ütünün səthinə ağ mum çəkmək (şamdan da olar), bir qədər keçdik-dən sonra narın xörək duzu ilə sürtmək, sonra ilıq suda isladılmış əsgi ilə təmizləmək lazımdır.
Çox vaxt evdar qadınlar, xüsusilə də cavanlar, ütünü dibinə yapışmış nazik tüklərdən, kraxmaldan, cızılmadan əmələ gələn cod ərpdən təmizləmək üçün iti alətdən istifadə edirlər.

Ütünü iti alətlərlə təmizləmək olmaz.
Daha bir məsləhət. Ütünün altındakı kiri kağıza qalın halda səpilmiş narın düza isti ütünü yaxşı-yaxşı sürtməklə yox etmək olar. Bu üsul nəinki ütünün altını təmizləyir, həm də onu parıldadır.
Əgər ütünüzə neylon parçasının hissəcikləri yapışıbsa, onu asetonda isladılmış balaca əsgi ilə silmək lazımdır.
Çox vaxt ütü düzgün kraxmallanmamış paltarları ütüləyəndə çirklənir. Kraxmal isti ütüyə yapışır və onu təmizləmək lazım olur. Ütünün kraxmallanmış ağlara yapışmaması üçün kraxmala bir az duz əlavə edirlər.

İndi mağazalarda ütü üçün çoxlu təmizləyici vasitələr satılır və onlar yaxşı effekt verir.


Tarix: 28.12.2012 / 14:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 980 Bölmə: Praktik meslehetler
loading...