Əllə yumaq üçün paltarların növlərə ayrılması bir qədər maşında yuyulmadan fərqlənir. Birinci növbədə – ölçüsü yarayan tas tapmaq lazımdır. Balaca şeylər üçün – kiçik tas, cinslər və donlar üçün – böyük. Yataq ağlarını və pərdələri isə yaxşısı budur ki, vannada yuyasınız.
Əllə yuyanda əşyaları növbə ilə yuyurlar əvvəlcə açıq rəngdə olanları, sonra rəngliləri. Bu halda suyun temperaturu 30°C-40°C-dən çox olmamalıdır ki, əllər yanmasın. Tam təhlükəsizlik üçün rezin əlcəklər taxmaq lazımdır.
Düzgün seçilmiş toz da maksimal yuma effektini verir və əllərin qorunmasını təmin edir. Məhz əllə yumaq üçün toz götürmək lazımdır, çünki maşın üçün nəzərdə tutulmuş toz pis köpüklənir.
Tozun dozası, adətən, qablaşdırmanın üstündə yazılır. Uşaq geyimləri sabun yonqarı əsasında hazırlanmış xüsusi tozlarla yuyulur, əgər toz yoxdursa, onda ən yaxşısı paltar sabununu suyun içinə yonmaq və geyimləri 1-2 saat suda islatmaqdır. Unutmayın – tasda çoxlu köpük olmalıdır.
Rəngli paltarları islatmamaq daha yaxşı olardı, çünki hələ məlum deyil ki, bu onların rənginə necə təsir edə bilər.
Yaxalıq və manjetli geyimlərə xüsusi diqqət yetirmək lazımdır, onların problemli zonalarını unutmayın (qoltuqlar, manjetlər və s.).
Rəngi çıxan paltarları ilıq su, yuyucu tozlardan biri ilə yuyun, həmin suya 3 xörək qaşığı sirkə əlavə edin. Əgər rəngi çıxan paltar çox kirlidirsə, duzlu məhlulda islağa qoyun (1 vedrə suya 1 stəkan duz).
Ağların ağardılması
Çox yuyulanda və xüsusən də düzgün yumayanda ağlar səliqəsiz və korlanmış görkəm alır. Bu ona görə olur ki, yuyucu vasitələrin tərkibinə daxil olan bəzi maddələr cod suyun təsirindən ağlarda sarımtıl və ya boz çöküntü əmələ gətirən duzlar yaradır. Belə ağları ağartmaq lazımdır. Bəzi evdar qadınlar səhv edərək, ağları tez-tez ağardırlar. Bu onların möhkəmliyini azaldır və tez köhnəlməsinə gətirib çıxarır.
Bir çox yuyucu vasitələrin tərkibinə yalnız ağlıq və dezinfeksiya verən kimyəvi ağardıcılar daxildir. Lakin belə vasitələrlə çox çirklənmiş ağları, xüsusilə ləkələri təmizləmək mümkün deyil. Bunun üçün xüsusi preparatlar var.
Ağardıcılardan istifadə edəndə, qablaşdırmada göstərilmiş tövsiyələrə ciddi riayət etmək lazımdır, çünki preparatın miqdarının artırılması parçanı korlaya bilər. Ağların islanıldığı tasda ağardıcını isladılmış ağların üstünə tökmək olmaz, çünki ağardıcının hissəcikləri parçaya düşərək onu yandıra bilər. Onu da xatırlatmaq lazımdır ki, əgər tasda heç olmasa bircə pas ləkəsi var-sa, ağardıcını istifadə etmək olmaz. Ağardıcının təsirindən pas ağları elə sa -raldır ki, onu sonra hətta ən güclü ağardıcı ilə də təmizləmək olmur.
Kətan və pambıq parçaların ağardılması üçün onları qaynatmaq lazımdır.
Qaynatmaq üçün ağları xüsusi baka yerləşdirirlər və onların üstünə yuy -ucu vasitələr həll olunmuş su tökürlər. Çox çirklənmiş yerləri sabunlayırlar. Ağların qaynadılması 40-60 dəqiqə çəkir. Nəzarət etmək lazımdır ki, qaynama zamanı ağlar tamamilə su ilə örtülsün. Ağları baka aşağıdakı qaydada qoyurlar: dibə ağ parçadan əsgi, onun üstünə daha kobud parçalardan olan paltarları düzəldilmiş şəkildə, üstündən isə – nazik ağları qoyurlar.
Müasir ağardıcı vasitələrin istifadəsindən başqa, köhnə ağardıcı üsullardan da istifadə etmək olar.
üsul: 1 vedrə qaynar suya 2 xörək qaşığı naşatır spirti və 2 xörək qa-şığı 3%-li hidrogen peroksidini əlavə etmək və əvvəlcədən yuyulmuş ağları ora salmaq (təxminən 1 kq). 20-30 dəqiqə gedən ağartma zamanı ağları qarışdırmaq və nəzarət etmək lazımdır ki, onları tamamilə məhlul örtsün; sonra ağları çıxartmaq və yaxşı-yaxşı yaxalamaq lazımdır.
üsul: 1 çay qaşığı xlorlu əhəngi farfor və ya minalı fincana tökün, üstünə 1 çay qaşığı su tökün və yaxşıca əzin. Qarışığı 1 litr soyuq suya qatın. Məhlul şəffaf olanda, onu parça vasitəsilə, ağları qaynatmaq üçün baka süzün, 1 vedrə ilıq su əlavə edin. Ağları düzəldilmiş halda qoyun və vaxtaşırı onları təmiz taxta ağacla qarışdırın. 20-25 dəqiqədən sonra ağları məhlul-dan çıxartmaq və soyuq suda yaxşıca yaxalamaq lazımdır. Bu üsuldan nadir halda istifadə edin və bütün qaydalara ciddi riayət edin, çünki xlorlu əhəngin məhlulu parçanın möhkəmliyini azaldır.
Yaxalama
Və nəhayət, paltarın təmizliyinə şübhə qalmadıqda, onu yaxşıca yaxala-maq qalır. Ağları əvvəlcə ilıq suda, sonra isə təmiz və şəffaf olanacan – soyuq suda yaxalayırlar. Bəzi evdar qadınlar əvvəlcə yuyulmuş ağların üstünə qaynar su tökürlər, sonra isə adi qaydada yaxalayırlar.
Axırda, suya ağlar üçün kondisioner (əllə yuma üçün) əlavə etmək olar o, parçanı yumşaldır, antistatikdir, ütüləməni asanlaşdırır və yaxşı qoxu verir.
Ağların lillənməsi və nişastalanması
Ağlara lil vurmaq üçün lili parçadan düzəldilmiş kisəciyə qoyurlar və suyu lazım olan rəng alana kimi əllə qarışdırırlar, sonra isə lilli sudan çıxardırlar. Lilli suya ağları düzəldilmiş halda salırlar və yaxalayırlar. 1 kq quru ağa 0,2-0,3 q lil tozu və 10 litr su istifadə edirlər.
Krem rəngli krujeva və tül pərdələri, yastıq və adi örtükləri yuyanda lil əvəzinə qəhvə, yaxud çayın dəmindən istifadə etmək olar. Onu balaca süzgəcdən və ya nazik parçadan süzürlər və sonra da ağlara lil vurulması kimi istifadə edirlər.
Paltar yumada ən axırıncı mərhələ – nişastalamaqdır (lillənmə kimi o da arzu ilə edilir).
Nişastalanmış ağın xarici görkəmi cazibədardır, bundan başqa o gec çirklənir və daha asan yuyulur. Lakin nişasta alt paltara bir qədər codluq verir, bu da xoşagəlməzdir. Dəsmal və məhrabaları nişastalamaq lazım deyil.
Üç cür nişastalama qaydası var: yataq ağları, çay dəsmalları, koftalar və s. üçün hazırlanan zəif nişasta (11 suya 0,5-1 çay qaşığı nişasta götürülür); süfrələr, örtüklər, kişi köynəkləri üçün hazırlanan orta dərəcəli nişasta (11 suya 1 xörək qaşığı nişasta götürülür); kişi köynəklərinin manjetləri üçün hazırlanan sərt nişasta (11 suya 2 xörək qaşığı nişasta götürülür).
Yemək və yataq ağlarının, nazik parçadan olan donların, bluzkaların, tül qardinalarının və pərdələrin nişastalanması üçün nişastanı az miqdarda (1/2 stəkan) soyuq suda həll edin. Bu məhlulun üstünə daima qarışdıraraq qaynar su tökün. O şəffaf olanda, soyuq lillənmiş suyu tökün və qarışdırın. Hər bir şeyi düzəldilmiş şəkildə bu məhlula salın, yaxalayın və sıxın.
Kişi köynəklərinin yaxalıqlarını və manjetlərini cod nişastalamaq üçün nişastanı soyuq suda həll edirlər. İsti suda boraksı həll edirlər, sonra isə soyudurlar. Bu məhlulları qarışdırırlar, təzə alınmış məhlula köynəklərin yaxalıq-larını və manjetlərini salırlar, onları sıxırlar, təmiz parçaya bükürlər və sonra nəm halda çox isti olmayan ütü ilə ütüləyirlər. 11 suya 2 xörək qaşığı nişasta və 15 q boraks götürürlər.
Nişastalanmış paltarları sentrifuqada sıxmayın – bu halda nişasta qeyri-bərabər bölünür.
Tarix: 28.12.2012 / 14:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 719 Bölmə: Praktik meslehetler