Baharın gəlişi ev dizaynına da təsirsiz ötüşməyib. Belə ki, mövsümlə əlaqədar dizaynerlər ev divarları üçün boya seçimində açıq rənglərə üz tutmağı məsləhət görürlər. Türkiyəli dizayner İsa Budaq insanlara qış aylarında daha tünd rəngləri seçməsini, bahar və yay aylarında isə nisbətən açıq rənglərə üstünlük verməyi məsləhət bilir.
Dizaynerin sözlərinə görə insanların evləri üçün ağ rəngin seçməsi arxada qaldı. Onlar artıq evlərində özlərinə enerji bəxş etməyi bacaran daha isti rəngləri görmək istəyirlər. Hətta bu məsələylə bağlı sifariş verərkən belə bir neçə açıq rənglərin kombinasiyasını istəyirlər. Daha çox mavi, qırmızı, çəhrayı kimi boyalı evlər sakinlərinə yüksək əhval ruhiyə bəxş edə bilər.
Tarix: 28.12.2012 / 17:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 204 Bölmə: Praktik meslehetler