Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Evinizi çiçəklərlə bəzəyin

Evinizdə vaxt, zaman keçirdikcə özünüzü xoşbəxt hiss etmək istəyirsinizsə o zaman hər tərəfə çiçəklər düzün. Çiçəklər və bitkilər evinizə yeni görkəm gətirər. Təbii ki, normasında olan çiçəklər.

Bütün salonu bəzəyən bitki sapları xoş hiss əvəzinə darıxdırıcı təsir bağışlayar. Amma xüsusi zövqlə bəzənən mətbəx, hamam və yataq otağı sizə xoş təsir edər. Qonaq otağına düzülmüş yaşıl bitkilər otağın havasına da təsirsiz ötüşməyəcək, havanı təmizləyəcək. Seçəcəyiniz çiçəyin rəngini divan və kreslolarla deyil, xalçayla uyğunlaşdırmağa çalışın, bu daha məsləhətlidir. Çiçəksiz yaşıl bitkilər qonaq otağı üçün daha uyğundur.

Yatdığımız otaqda çiçəklərin saxlanılması sağlamlıq baxımından bir o qədər də düzgün sayılmaz. Çünki, bitkilər gündüz oksigen verirlərsə, gecələr karbon 4 oksid yayırlar.

Evinizin girişi, yəni dəhliziniz işıqlıdırsa, yəni günəş şüası ora düşürsə müxtəlif bitkilər düzə bilərsiniz. Yox əgər qaranlıqdırsa o zaman dekorativ süni çiçəklərə üz tutun. Nəzərə alsaq ki qonağı məhz dəhlizdə qarşılamalıyıq, o zaman çiçək seçimində diqqətli olun.

Evdar xanımların çox zaman keçirtdikləri mətbəx mütləq çiçəklərlə bol olmalıdır. Mətbəx üçün kiçik saxsı qablarda çiçək seçimi düzgündür.


Tarix: 28.12.2012 / 17:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 271 Bölmə: Praktik meslehetler
loading...