Təzəcə aldığınız alümin qabları işlətməzdən əvvəl mütləq isti su və qab şampunu ilə yuyub qurulayın. Alümin qabları yuduğunuz suya azca naşatır spirti əlavə etmək də yaxşıdır. Naşatır spirti həm də çoxdan işlədilən, artıq köhnəlib qaralmağa başlayan alümin qabların rəngini açır.
Azca soyuq su ilə qarışdırılışmış çay sodası qab-qacağın çirkini təmizləyir. Qabdakı qaralmış pas ləkəsini sirkədə isladılmış əski ilə silmək yaxşıdır.
Köhnəlib qaralmış alüminum qazana çay sodası qarışdırılmış su (1 litr suya 3-4 çay qaşığı soda hesabından) töküb 20-30 dəqiqə qaynatsanız o əvvəlki kimi parıltılı və təzə olar.
Əgər evinizdə köhnəlib pas ataraq sıradan çıxmış qazan, tava və s. varsa onu təmizləmək üçün belə edin: paslanmış qaba su töküb üstünə çoxlu qab şampunu əlavə edərək 15 dəqiqə müddətində qaynadın. Sonra yerə düşürüb soyumasını gözləyin. Tam soyuduqdan sonra onu metal tor yaxud da şotka ilə möhkəm sürtüb parıldadın. Sonda isə isti su ilə yuyub qurulayın.
Emallanmış qab-qacaq işlətmək gigiyenik cəhətdən əlverişlidir. Belə qabların təmiz olmasının qayğısına qalmaqdan başqa onların emalının da tökülməməsinə çalışmaq lazımdır. Odur ki, aldığınız emallanmış qazanın işlətməzədn əvvəl duzlu su ilə doldurub qzaın üzərinə qoyun. (1 litr suya 2 xörək qaşığı duz). Qazan qaynara düşən vaxt onu yerə düşürüb tamam soyumasını gözələyərək sonra boşaldın. Belə etsəniz qazanın emalı heç vaxt tökülməz.
Tarix: 28.12.2012 / 14:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 332 Bölmə: Praktik meslehetler