İÇİ:
Balqabaqları və qırmızı bibəri xırda kub şəklində doğrayırıq. Qazana bir az duru yağ tökürük və balqabaqla istiotu qoyaraq qovururuq. Tərəvəzləri istiləşəndən sonra isti su qoyuruq. Qapağını bağlayaraq bişirməyə buraxırıq.
Tərbiyəsi üçün, qatığı, unu və limon suyunu bir kasaya qoyub çalırıq. Soyuq suyla konsistensiyanı açırıq. Qazandakı isti sudan da qoyaraq bir tərəfdən də qarışdırırıq. Tərbiyəmizi yavaş-yavaş qazana tökərkən bir yandan da qarışdırmağa davam edirik. Ət suyunu və körisini əlavə edirik. Duzunu atırıq.
Konsistensiyanı alana qədər bişiririk. Əgər çox tünd olsa isti suyla konsistensiyanı açarıq. Kərə yağını əridirik. Üstünə doğranmış şüyüdü atırıq. Şorbanın üzərinə tökərək servis edirik.
KÖRİ-li BALQABAQ ŞORBASI
3 qabaq
1 qırmızı istiot
1 şirin q. Köri
1 su s. Ət suyu
Su
Duz
Duru yağ
TƏRBİYƏSİ ÜÇÜN:
3 şorba q. Qatıq
1 limon
1 şorba q. Un
ÜZƏRİ ÜÇÜN:
1 şorba q. Kərə yağı
1 dəstə şüyüd
Tarix: 26.01.2015 / 12:24 Müəllif: Aziza Baxılıb: 81 Bölmə: Şorbalar ve Helimler