Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bozbaş

Ərzaqlar:

1 kq sümüklü suda bişmiş qoyun əti (Mal əti də olar)

3 orta ölçüdə kartof

3 orta ölçüdə soğan

1 x.q tomat

Kərə yağı

Duz

Üstünə göyərti:

Keşniş

Şüyüd

Hazırlanması:

Soğanı xırda doğrayırıq.

Soğana yağ və düz töküb qızardırıq.

Tomat əlavə edib qovururuq.

Soğan hazır olanda kartofları iki yerə bölüb soğanla az qovururuq.

Əti də töküb az qovururuq.

Qovurduqdan sonra üstünə ətin bulyonunu əlavə edib vam odda bişiririk. Kartof tam bişəndə yeməyimiz hazırdı.

Hazır yeməyin üstünə xırda doğranmış göyərti səpirik.

Nuş olsun!


Tarix: 29.11.2014 / 12:17 Müəllif: Aziza Baxılıb: 48 Bölmə: Şorbalar ve Helimler
loading...