Ləvazimatlar
Qarğıdalı dənələri – 300 q
Toyuq əti – 200 q
Kərə yağı – 100 q
Baş soğan – 3 ədəd
Pomidor – 2-3 ədəd
Un – 2 x.q.
Su – 1 lt
Zəfəran
Duz, istiot
Hazırlanma qaydası
1.Axşamdan qarğıdalı dənələri (konservləşdirilmiş qarğıdalı da istifadə etmək olar) isladılır və bişirilir.
2.Soğan xırda doğranılır və kərə yağında qovrulur.
3.Toyuq əti kubvarı doğranılır və qovrulan soğana əlavə edilib yenidən qovrulur.
4.Qovrulan ərzaqlara un əlavə edilir və ərzaqlar yağa düşəndən sonra duz, istiot və su əlavə edilib qaynamağa qoyulur.
5.Qaynayan şorbaya zəfəran və bütöv pomidor əlavə edilir və 5-10 dəq. sonra odun üzərindən götürülür.
6.Şorba süfrəyə üzərində bütöv pomidorla verilir (pomidor şorba yeyildikdə içində əzilir).
Tarix: 18.12.2012 / 14:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 173 Bölmə: Şorbalar ve Helimler