Balıq Şorbası tərifi üçün Vəsaitlər :
* 1 Ədəd palamut
* 1 Ədəd kök
* 2 Ədəd kartof
* 1 Ədəd soğan
* 2 Ədəd dəfnə yarpağı
* Bir neçə budaq cəfəri
* 5-6 Su stəkanı su
* 2 Şorba qaşığı kərəyağı
* 2 Şorba qaşığı un
* 1 Ədəd yumurta
* 1 Ədəd limon
* 1 Qəhvə fincanı alma sirkəsi, Duz
Hazırlanması:
Balığı təmizlədikdən sonra bol su ilə yuyun. Tərəvəzlərin qabığını soyun. (kök,kartof, soğan) Qazana atın. Cəfəri və dəfnə yarpaqlarını əlavə edin. Üzərlərini bağlayacaq şəkildə su əlavə edin. Tərəvəzlər yarı yarıya qaynadıldığında balığı əlavə edin. Hamısı bişdikdən sonra tərəvəz və balığı ayrı qablara alın. Cəfəri və dəfnə yarpaqlarını çıxardın. Tərəvəzləri suyuyla birlikdə blendırdan keçirin. Qazanda kərəyağıyla unu qovurun. Tərəvəz sununu əlavə edin. Şorba qaynarkən 1 kasada çırpdığınız yumurta və limon suyu qarışığını əlavə edin. Qılçıqlarından ayırıb kiçik parçalara böldüyünüz palamutu və alma sirkəsini əlavə edib, 10 dəqiqə qaynadın. Üzərinə nanə və qırmızıbibər səpərək xidmət edin.
Tarix: 29.11.2014 / 12:31 Müəllif: Aziza Baxılıb: 65 Bölmə: Şorbalar ve Helimler