Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Noxudlu Sim Əriştə Şorbası

MATERİAL SİYAHISI:

1 su s. Pörtmüş noxud
2 şorba q. Pomidor tomatı
1 şirin q. Bibər tomatı
1 çay s. Sim əriştə
2 şorba q. Un
1 şorba q. Kərə yağı
Duru yağ
Duz
Ət suyu

İÇİ:

Qazana duru yağı və kərə yağını qoyuruq və əridirik.Unu əlavə edirik və qovururuq. Tomatları qoyub qarışdırırıq. Ət suyu və su ilə konsistensiyanı açırıq. Çırpma teliylə qarışdıraraq bişirməyə başlayırıq. Pörtmüş noxudu əlavə edirik. Duzunu atırıq. Qaynayıb bişməsinə yaxın tel əriştəni tökürük. Əriştə bişəndə də xidmət edirik.


Tarix: 24.01.2015 / 11:34 Müəllif: Aziza Baxılıb: 64 Bölmə: Şorbalar ve Helimler
loading...