Tərkibi:
1 baş soğan
1 x.q. kərə yağı
6 kartof
1 l süd
2 banka qarğıdalı konservi (əslində isə 6 qarğıdalı)
200 q pendir
2 yumurtanın sarısı
Hazırlanması :
Soğanı xırda doğrayıb kərə yağında qovurun.
Kartofu kubik doğrayın, qazana qoyun, qovrulmuş soğanı əlavə edib üstünə çıxanadək qaynar su tökün. Orta itilikdə ocağın üstünə qoyun.
15 dəqiqə sonra qazana qaynar süd, qarğıdalı və kubik doğranmış pendir əlavə edin. Daha 5 dəqiqə bişirin.
Ocaqdan götürün, dayanmadan taxta qaşıqla qarışdıraraq yumurta sarılarını əlavə edin. Bir neçə dəqiqə də qarışdırın.
Süfrəyə verərkən üzərinə göyərti səpin.
(Təbii ki, inklər qarğıdalı konservi deyil, qarğıdalının özündən istifadə edirdilər. Yayda hazırlamaq fikriniz olsa, altı qarğıdalını 2-3 yerə bölüb, yaxud dənələyib şorbada bişirə bilərsiniz).
Nuş olsun!
Tarix: 29.11.2014 / 12:22 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Şorbalar ve Helimler