MATERİAL SİYAHISI:
1 çay s. Düyü
2 kərəviz
Duz
Su
TƏRBİYƏSİ ÜÇÜN:
3 şorba q. Qatıq
2 şorba q. Un
Yarım limon
ÜZƏRİ ÜÇÜN:
Kərə yağı
Toz qırmızı istiot
İÇİ:
Kərəviz soyuruq və xırda kub şəklində doğrayırıq. Tavaya zeytun yağı tökürük. Kərəvizi qovururuq. Düyünu dağıdırıq və qazanda qaynadırıq. Qaynatdigimiz düyünun qazanina qovrulmus kərəvizi də elave edirik. İsti suyunu veririk və bişiririk. Tərbiyəsi üçün, qatiqı, unu bir qabda çalırıq. Limonun suyunu sixiriq.
Soyuq suyla konsistensiyanı açırıq. Kərəvizi bişirən isti sudan da tərbiyəyə bir az elave edirik və sürətli qarışdırırıq. Hazırladığımız tərbiyəni də yavaş-yavaş şorba qazanına tökürük. Tökərkən də qarışdırırıq. Duzunu atırıq və şorbanın konsistensiya ortaya çıxanda bir az daha qaynadırıq. Kərə yağını tavada əridirik və içinə toz qırmızı istiot atırıq. Şorbanı süfrəyə verərkən kərə yağlı sous tökərək servis edirik.
Tarix: 23.01.2015 / 13:16 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Şorbalar ve Helimler