OVDUQ-DOĞRAMAC
Qatıq – 200 q,
su – 100 q,
təzə xiyar – 100 q,
göy soğan – 40 q,
keşniş – 10 q,
şüyüd – 10 q,
reyhan – 5 q,
yumurta – 1 əd.,
mal əti – 100 q,
duz,
sarımsaq.
Ovduq hazırlamaq üçün qaynadılıb soyudulmuş su qatıqla qarışdırılır. Qabığı soyulmuş xiyar və göyərti xırda doğranır, durulaşdırılmış qatıqla qarışdırılır, duz və sarımsaq qatılıb soyuducuya qoyulur.
Ovduq soyuq halda süfrəyə verilir. Ovduq, adətən, ətsiz hazırlanır. Müstəsna hallarda ovduğa bişirilib xırda doğranmış mal əti və bərk bişirilmiş yumurta qatılır.
Tarix: 21.12.2012 / 20:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 394 Bölmə: Şorbalar ve Helimler
loading...