Tərkibi:
2 qabaq
2 x.q. kərə yağı
1 baş soğan
1 diş sarımsaq
1 ç.q. karri
0,5 st. qaymaq
0,5 l toyuq bulyonu
Hazırlanması :
Qabağı dilimləyin, xırda doğranmış soğan və sarımsaqla kərə yağında tavanın qapağını örtmədən bişirin. Tərəvəzlər yumşalanda (çox qızarmamalıdır) blenderdə xırdalayın. Sonra toyuq bulyonu, qaymaq, karri tozu əlavə edib yenə blenderdə xırdalayın. Ocağın üstə qoyun. Bir buğum qaynayandan sonra götürün.
Karri əvəzinə belə bir qarışıq da götürə bilərsiniz: 2 x.q. keşniş toxumu, 1 ç.q. razyana, 1 x.q. qara xardal toxumu, 1 ç.q. qara dənəvər istiot. Bunları tərəvəzləri qovuranda əlavə etsəniz, gözəl dadı olacaq. Blenderdən keçirəndə isə 1 ç.q. sarıkök, 1 ç.q. zəncəfil, 0,5 ç.q. çili əlavə edə bilərsiniz (amma diqqət, bu halda çox acı olur).
Nuş olsun!
Tarix: 29.11.2014 / 12:15 Müəllif: Aziza Baxılıb: 40 Bölmə: Şorbalar ve Helimler