MATERİAL SİYAHISI:
250 q. Kərə yağı
2 yumurta
3 su stəkanı qarğıdalı nişastası
1,5 su stəkanı şəkər kirşanı
1 paket qabartma tozu
7 xörək qaşığı ilə un
ÜZƏRİ ÜÇÜN:
Kakao
İÇİ:
Qarışdırma qabına misir nişastanı, unu, kirşanını və qabartma tozunu qoyuruq. Toz qarışığı qarışdırırıq və ortasını hovuz kimi açırıq. Ortaya otaq temperaturunda yumşalmış kərə yağını qoyuruq. Üzərinə 2 yumurta qırırıq. Ortadan başlayaraq xəmiri yoğururuq. Qulaq məməsi yumşaqlığından bir az sərt bir xəmir əldə edirik.
Xəmirdən, qozdan bir az daha böyük parçalar qoparıb yoğruruğ. Gəldiyimiz xəmirləri yağlı kağız sərilmiş soba xonçasına duzuruy. Şüşə qapağı, ya da o ölçüdə başqa bir materialı (krem şəndi torbası ucu) isladıb kakaoya batırırıq və kökə torpaqlarının tam ortasına yatırırıq. Əvvəldən isidilmiş 170 dərəcəlik sobada bişiririk. Not: Bu peçenyanin xüsusiyyəti ağ olmasıdır, üzü qızarmır.
Tarix: 26.03.2015 / 18:58 Müəllif: Nurana Baxılıb: 98 Bölmə: Şirniyyatlar