Ərzaqlar:
Xəmir üçün:
250 qram marqarin
1 stəkan şəkər tozu
2 ədəd yumurta
0,5 ç.q. soda
3 stəkan un
Krem üçün:
500 qram xama
1 stəkan şəkər tozu
Şokolad şirəsi üçün:
2 x.q. xama
2 ç.q. kakao
3 x.q. şəkər tozu
50 qram kərə yağı
Hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün: marqarini əridib, şəkər tozu ilə qarışdırın. Üzərinə yumurta, un və sirkə ilə qarışdırılmış soda əlavə edib, xəmir yoğurun. Xəmir nə sıyıq, nə də bərk olmamalıdır (ələ yapışmamalıdır).
Hazır xəmiri 3 hissəyə bölün. Birinci hissəsindən korj hazırlayıb, forma qabına yerləşdirin.
Xəmirin qalan hissəsini xırda-xırda kündələrə tutub, girdələyib, korjun qıraqlarına düzün.
Sobada bişirəndən sonra, soyumaq üçün kənara qoyun.
Krem hazırlamaq üçün: xamanın üzərinə şəkər tozu və bir çimdik vanilin əlavə edib, yaxşıca çalın.
Korju boşqaba yerləşdirib, üzərinə hazırladığınız kremi çəkin. Bişmiş hər bir kündəni kremə batırıb, korjun üstünə yerləşdirin.
Şokolad şirəsini hazırlamaq üçün: xamanı qaynadıb, üzərinə şəkər tozu, kakao və kərə yağını əlavə edin. Qatılaşana qədər qarışdırın.
Tortu süfrəyə verərkən şokolad şirəsi, qoz ləpəsi ilə bəzəyin. Nuş olsun!
Tarix: 08.12.2012 / 14:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 397 Bölmə: Şirniyyatlar