Ərzaqlar:
2-3 st. un
8 yumurtanın ağı
2 yumurtanın sarısı
bitki yağı
400 q bal
400 q şəkər tozu
Hazırlanma qaydası:
Yumurta ağlarını 15-20, sarılarını isə 10-15 dəqiqə ərzində çalın. Sonra birləşdirin və 20-25 dəqiqə ərzində hissə-hissə un tökməklə qarışdırın. Bu zaman xəmirin temperaturu 20 dərəcə Selsidən artıq olmamalıdır.
Xəmiri 250-300 q olmaqla hissələrə ayırın. Hər hissəni 3 mm qalınlıqda yayın. Yuxaları aralarına un səpməklə üst-üstə yığın. Sonra bunu bıçaqla yarıya bölün. Hər hissəni rulet kimi büküb əriştə formasında doğrayın. Alınan əriştəni otaq temperaturunda qurudun.
Əriştələri bitki yağında 5-7 dəqiqə, azacıq qızarana qədər qovurun. Sonra kəfkirlə aşsüzənə yığın ki, yağı axsın.
Ayrıca qazanda balla şəkəri qarışdırıb vam odda 20-30 dəqiqə bişirin. Əriştəni siniyə yığın. Üzərinə ballı sirop tökün, sonra isə hamar olması üçün əlinizlə yastılayın. Hazır Rəşid halvasını romb şəklində doğrayaraq süfrəyə verə bilərsiniz.
Nuş olsun!
Tarix: 08.12.2012 / 15:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 345 Bölmə: Şirniyyatlar