Ərzaqlar:
2 stəkan un
1 qəhvə fincanı süd
bir miqdar yaş maya
2 xörək qaşığı duru yağ
100 qr. marqarin
1 kasa döyülmüş fındıq
2 xörək qaşığı quru üzüm
marmelad və şəkər
Hazırlanması:
2 stəkan un dərin bir qaba qoyun. 1 qəhvə fincanı süd əlavə edin.
Bir miqdar yaş mayanı ilıq suda həll edin. 2 xörək qaşığı duru yağ və 100 qr. marqarin ilə birlikdə xəmir yoğurun.
Üzərini yaş bir dəsmalla örtün, 1 saat gözləyin. Xəmiri ikiyə bölün. Oxlovla ilə açın.
Üzərinə dilədiyiniz marmelattan sürtün. Bol miqdarda döyülmüş fındıq səpin.
2 xörək qaşığı quru üzümü tökün. rulet formasında sarın. 2 barmaq enində kəsin.
Nimçəyə düzün. Toz şəkəri səpin.
Əvvəldən 180 dərəcədə isidilmiş sobada üzəri qızarana qədər bişirin və sonra süfrəyə verin.
Hakkında: Çox ləziz və damaq dadınıza uyğun olacaq yeməklərdəndir.
Nuş Olsun!
Tarix: 26.12.2014 / 18:36 Müəllif: Aziza Baxılıb: 106 Bölmə: Şirniyyatlar