Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Armud tortu

Lazım olan ərzaqlar:

3 ədəd yumurta

1 stəkan qatıq

1 stəkan duru yağ

1,5 stəkan şəkər tozu

3 stəkan un

1 paket vanil

1 paket pakmaya (qabartma tozu)

5 ədəd armud

1 qəhvə fincanı damla şokolad

2 yemək qaşığı şəkər tozu

yarım paket krem şanti

yarım stəkan soyuq süd

Hazırlanma qaydası:

Kasaya 3 yumurta vurulur, üzərinə 1,5 stəkan şəkər tozu əlavə olunur, şəkər həll oluna qədər miksərlə 7-8 dəqiqə qarışdırılır. Sonra bunun üzərinə qatıq, duru yağ, ələnmiş un, vanil, pakmaya əlavə olunaraq qarışdırılır. Ortası dəlik olmayan keks qəibi əvvəlcə yağlanır, sonra üzərinə un səpilir. Hazırlanmış keks qarışığının yarısı qəlibə qoyulur və düzəldilir. Onun üzərinə nazik kəsilmiş armud dilimləri düzülür. Armud dilimlərinin üzərinə əvvəlcə bir yemək qaşığı şəkər tozu, sonra maye şokolad səpilir. Armudların üzərinə qalan keks qarışığı qoyulur, onun üzərinə də armud dilimləri düzülür. Bütün bunların üzərinə şəkər səpilir. Hazırlanan keks əvvəlcədən qızdırılmış 175 dərəcə sobada təxminən 50 dəqiqə bişirilir. Sobadan çıxıb soyuyan kimi üzərinə 1 yemək qaşığı şəkər qarışığı səpilir. Ən axırda onun üzərinə südlə qarışdırılmış krem şanti örtülür, soyuducuda ən az 2 saat saxlanılır. Sonra bölünərək süfrəyə verilir.


Tarix: 08.12.2012 / 15:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 398 Bölmə: Şirniyyatlar
loading...