Şirniyyat sevənlər üçün
Ərzaqlar:
Xəmir üçün:
3 stəkan un
2 ədəd yumurta
50 qram kərə yağı
1/4 stəkan su
2 x.q. şəkər tozu
1/2 ç.q.duz
iç üçün:
500-600 qram alma
2 x.q. şəkər tozu
1/2 stəkan suxarı
1/2 ç.q. döyülmüş darçın
20 qram kərə yağı
1ədəd yumurta
Hazırlanma qaydası:
Yumurtaların üzərinə şəkər tozu və duz səpib yaxşıca çalın. Sonra üzərinə su töküb, duz və şəkər tozu həll olunana qədər qarışdırın. Unu ələkdən keçirib, üzərinə yumşaldılmış kərə yağı və çalınmış yumurtaları əlavə edərək, xəmir yoğurun.
Xəmirin gəlməsi üçün 30-40 dəqiqə ərzində kənara qoyun. Sonra xəmiri 1mm qalınlığında nazik yayıb, təmiz dəsmalın üzərinə qoyaraq, ərinmiş kərə yağı ilə üstündən çəkin.
Almaları yuyub, qabığını soyaraq, nazik dilimlərə doğrayın. Dərin boşqabda şəkər tozu, döyülmüş darçın və suxarını birləşdirərək, yaxşıca qarışdırın.
Yağlanmış xəmirin orta hissəsinə qədər nazik doğranılmış almaları düzün. Xəmirin yarı hissəsi isə boş qalmalıdır. Almaların üstündən qarışdırılmış şəkər tozu ilə darçın və suxarını səpin.
Sonra xəmiri dəsmalla birlikdə tutaraq, rulet şəklində bükün.
Ruleti yağlanmış forma qabına elə yerləşdirin ki, ruletin bükülmüş tərəfi üstə qalmasın. Ruletin üstünə yumurta çəkəndən sonra, bıçağın ucu ilə bir neçə yerdən yavaşca deşin.
Sonra ruleti 200-220 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə ərzində bişirin. Nuş olsun!
Tarix: 08.12.2012 / 15:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 430 Bölmə: Şirniyyatlar