Tərkibi (20 ədəd üçün):
300 q təmizlənmiş balqabaq
150 q kərə yağı
150 q şəkər
3 yumurta
1 limon
2 ç.q. qabartma tozu və ya 1 ç.q. soda
200-250 q un
istəyə görə:
qlazur
şokolad
boranı tumu
Boranını sürtgəcin orta gözündən keçirin. Əgər suyu çox çıxsa, süzün. Limonun sedrasını ayırın (qabığını sürtgəcdən keçirin), suyunu sıxın, təxminən 50 ml limon şirəsi lazımdır. Yağı şəkərlə qarışdırın. Yumurta əlavə edib çalın. Limon şirəsi əlavə edib qarışdırın. Sedra, boranı əlavə edib qarışdırın. Qabartma tozu və un da əlavə edib yumşaq xəmir yoğurun. Xəmiri formalara doldurun. Çox doldurmayın, 2-3 sm qalınlıqda yetərlidir. 180 dərəcə qızdırılmış sobaya qoyun. 25-30 dəqiqə bişirin.
Hazır kekslərin üzərinə qlazur və ya əridilmiş şokolad çəkə, üzərinə boranı tümü səpə bilərsiniz.
Tarix: 18.12.2012 / 20:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 333 Bölmə: Şirniyyatlar