Ərzaqlar:
1 ədəd biskvitli korj
600 qram kəsmik
1,5-2 x.q. jelatin
250 qram maskarpone pendiri
250 qram qaymaq (yağlılığı 33-35%)
150 qram şəkər pudrası
Tortu bəzəmək üçün meyvələr: şaftalı, kivi
10 qram tort şirəsi
Şirə üçün:
250 ml alma şirəsi
1,5-2 x.q. jelatin
1x.q. şəkər tozu
vanil
Hazırlanma qaydası:
Korju hazırlayıb, (dükandan hazır da ala bilərsiz) xüsusi forma qabına yerləşdirin. Qaymağı yaxşıca çalın. Ayrı boşqabda maskarpone pendirini qaşıqla əzərək yumşaldın. O biri boşqabda isə kəsmiyi şəkər tozu ilə qarışdırıb, çalın. Jelatinin üzərinə 1 stəkan su töküb, qabarmağa qoyun. Sonra vam odda sobada qarışdıraraq, yumşaldın (qaynatmayın). Sobadan jelatini götürüb, soyudaraq kəsmiyə əlavə edin. Sonra qaymağın üzərinə kəsmik və maskarpone pendirini tədricən tökərək, qarışdırın. Hazırladığınız kremi yaxşıca çalıb, korjun üzərinə bərabər şəkildə yayın. Sonra korju 30 dəqiqə ərzində soyuducuya yerləşdirin.
Meyvələri yuyub, dilimləyib, tortun üzərinə yerləşdirin.
Şirəni hazırlamaq üçün:
Əvvəlcə alma şirəsinin üzərinə jelatin əlavə edib, qabarmağa qoyun. Sonra şəkər tozu əlavə edib vam odda bişirin. Soyudaraq, süzgəcdən keçirib, üzərinə bir cimdik vanılın də əlavə edin.
Hazırladığınız şirə ilə meyvələrin üzərindən gəzdirin. Tortu 2 saat ərzində soyuducuya yerləşdirin. Nuş olsun!
Tarix: 08.12.2012 / 14:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 692 Bölmə: Şirniyyatlar